Məhsulun toplanması və saxlanması. Rozmarini əkdikdən 3-4 il sonra iyul- avqust ayında
toplayırlar. Bu dövrlərdə bitkidə efir yağı ən çox toplanmağa baĢlayır. Hər hektar sahədən 4-5 ton
məhsul toplanır. Alınan xammalı zavoda göndərib efır yağı alırlar.
Rozmarindən hazırlanan dərman preparatları. Vegetativ damar distoniyası, miqrenin, nevrozun, sterika, xroniki yorğunluq sindromu, qanazlığı, bağırsaq spazmalarının, öd və sidik yolları xəstəliklərində, impotensiya zamanı: Rozmarin çiçək açan zaman yarpaq və cavan budaqlarından qurudaraq xırda hissələrə ayırın. Sonra
1 çay qaĢığı götürüb, 2 stəkan qaynar suya tökərək yarım saat dəmləyib süzün. Aldığınız cövhərdən
gündə 2-3 dəfə 1-2 xörək qaĢığı qəbul edin. Müalicəni vəziyyətiniz yaxĢılaĢana qədər davam
etdirin.
Qeyri-müntəzəm və şiddətli aybaşı, zəiflik, başağrıları, depressiya, yuxusuzluq zamanı:2 çay qaĢığı yarpağından götürüb 1 stəkan qaynar suya töküb 15 dəqiqə qaynadın, soyudub süzün.
Dəmləmədən gündə 3 dəfə stəkanın 1/2 hissəsi qədər götürüb yeməyə yarım saat qalmıĢ qəbul edin.