Göbələk xəstəliklərinin müalicəsində. Yuyulub təmizlənmiĢ bir dəstə reyhanı kiçik
hissələrə salıb sıyığını alın. Sıyığı tənzifdən süzüb, alınan Ģirədən gündə 2 dəfə zədələnmiĢ
nahiyənizə sürtün.
Dəridə olan gicişmə, qaşınma və allergiyaları müalicə etmək üçün. 2 xörək qaĢığı
qurudulmuĢ otundan götürüb 0,5 litr qaynar suya töküb, soyudub süzün. Ekstraktdan gündə 2-3 dəfə
stəkanın 1/2 hissəsi qədər yeməkqabağı qəbul edin və həmçinin cövhərlə zədələnmiĢ nahiyələri
silin.
Əsəb yorğunluğunun aradan qaldırılmasında, depressiyada. 1 xörək qaĢığı qurudulmuĢ
otunu 1 stəkan qaynar suya töküb 15-20 dəqiqə dəmləyib çay kimi için.
Soyuqdəymədə. 2 xörək qaĢığı reyhanın otundan götürüb 1 stəkan qayar suya töküb 45
dəqiqə dəmləyib süzün. Dəmləməni kiçik porsiyalarla gün ərzində için.
Kəskin ishalda. 4-5 xörək qaĢığı reyhan toxumundan götürüb quru tavaya töküb qızardın.
QızardılmıĢ toxumdan çay qaĢığının 1/2 hissəsi qədər gündə 3 dəfə yeməyə 20-30 dəqiqə qalmıĢ
yeyin.