Elmi redaktorlar amea-nın müxbir üzvləri


KEÇĠQULAĞI – Scrophularicaeae Juss. fəsiləsi



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə492/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   488   489   490   491   492   493   494   495   ...   730
KEÇĠQULAĞI – Scrophularicaeae Juss. fəsiləsi  
Adi qurdotu (Kətəncə) – Linaria vulgaris Mill. 
 
Dünya  florasının  tərkibində  Keçiqulağı  fəsiləsinə  220-yə  qədər  cins  və  3000-ə  qədər  növ 
daxil  olub  dünyanın  əksər  ərazilərində  yayılmıĢlar.  Fəsiləyə  daxil  olan  cinslərdən  biri  də  qurdotu 
(kətəncə)  hesab  edilir.  Qurdotu  cinsi  özündə  150-yə  qədər  növü  birləĢdirərək  Avropa  ölkələri 
ərazilərində,  Orta  Aralıq  dənizi  ətrafında,  Asiya,  Amerika  qitələrinin  ərazilərində  təsadüf  edilir. 
Cinsin Qafqazda 26, o cümlədən Azərbaycanda 17 növü yayılmıĢdır. Bu növlərdən xalq təbabətində 
istifadə  olunanı  Adi  qurdotu  -  Linaria  vulgaris  Mill.  hesab  edilir.  Adi  qurdotu  hündürlüyü  40-
60(80) sm olan, gövdəsi sıx yarpaqlarla örtülmüĢ çoxillik 
ot bitkisidir. Yarpaqları gövdə üzərində 
 
oturaq  olub,  xətvari-lanset  və  yaxud  tamam 
xəzvaridir. Çiçəkləri bozumtul-sarıdan, parlaq-sarı rəngə 
qədər olub gövdəsinin qurtaracağında salxım formasında 
yerləĢmiĢdir. 
Meyvəsi 
qutucuqdur. 
Adi 
qurdotu 
Azərbaycanın 
Quba 
rayonu 
ərazisində,  Dəvəçi 
düzənliyində,  meĢəliklərdə,  meĢə  açıqlıqlarında,  kollar 
arasında, 
Xəzər 
sahillərində, 
çay  və  yolların 
kənarlarında, çöllük sahələrdə yayılmıĢdır. 
Bitkinin  çiçəkləıi  itin  sifətini  xatırlatdığına  görə 
buna «itçiyəz» adı da verilmiĢdir. Müalicə məqsədləri üçün bitkinin çiçək və ot hissəsindən istifadə 
edirlər. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   488   489   490   491   492   493   494   495   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin