200
artırır və kapilyarları möhkəmləndirir. Badımcanın 90%-ni su, 2,5-4,0%-ni Ģəkər,
1,5%-ni sellüloza, 0,5%-ni pektin C, PP və B qrupu vitaminləri, A provitamini, çoxlu miqdarda
kalium, bunlardan baĢqa fosfor, kalsium, manqan, kobalt, dəmir makro- və mikroelementləri, zülal,
sulu karbohidratlar, xüsusi müalicəvi keyfiyyətə malik melogen (solanin) və s. maddələr aĢkar
edilmiĢdir. Uzun müddət badımcandan qida kimi istifadə edildikdə qanda piyin və xolesterinin
kəskin surətdə azalması müĢahidə edilmiĢdir. Badımcan orqanizmdə gedən su-duz mübadiləsini
nizamlayır, orqanizmi artıq sidik turĢularından azad edir. Tam yetiĢmiĢ meyvəsi dalağın, beyin
iliyinin fəaliyyətinə kömək edir, qanda hemoqlobini artırır, aybaĢı qanaxmaları zamanı baĢ verən
ağrıları sakitləĢdirir. Badımcanın buxarda və adi halda biĢirilmiĢindən hamilə qadınlara və kiçik
yaĢlı uĢaqlara verdikdə uĢaqlar gumrah və xarici mühitin zərərli təsirlərinə qarĢı davamlı olurlar.
Diqqət! Badımcanın tərkibində solanin maddəsi olduğu üçün o orqanizmi zəhərləyə bilər.
Ona görə də badımcanı çiy halda yemək məsələhət görülmür.
Badımcanın tərkibi kalium duzları ilə zəngin olduğundan ürəyin fəaliyyətinə təsir edir,
orqanizmdə olan artıq suyun kənar edilməsində mühüm rol oynayır. Buna görə də, skleroz baĢlanan
yaĢlı adamlara və ürək-damar çatıĢmazlığından əziyyət çəkən xəstələrə badımcandan pəhriz qidası
kimi vermək məsləhət görülmür.
Dostları ilə paylaş: