Pomidordan müalicəvi şorbanın hazırlanması.Pomidor Ģorbasını asanlıqla hazırlamaq
olar. Bu Ģorbanın tərkibi vitaminlərlə zəngin olub, xoĢ tamlı vasitə kimi istifadə oluna bilər. Belə
Ģorba italyan kulinariyasına məxsus olmasına baxmayaraq rus kulinariyasının sevimlisinə
çevrilmiĢdir. Ondan bir çox xalqların təbabətində müalicə məqsədləri üçün istifadə edilir.
Bunun üçün 600 q pomidor, 1 ədəd kök, 250 q xama, 1 çay qaĢığı kərə yağı, 200 q cəfəri
kökü, 30 q un, 1 ədəd soğan, 1,5 stəkan su, Ģəkər, zövqünüzə görə duz və istiot götürün.
Cəfəri və kökü yuyub təmizləyin. Sonra qabın yarısına qədər su əlavə edib odun üzərinə
qoyub 10-15 dəqiqə qaynadın. YuyulmuĢ pomidoru xırda hissələrə doğrayıb baĢqa bir qazana
töküb, o biri qazanda qalmıĢ suyu əlavə edib yağ və dairəvi doğranmıĢ soğan əlavə edin. Pomidor
və soğan biĢib hazır olan zaman süzgəcdən keçirib, birinci dəfə alınmıĢ məhlulun üzərinə əlavə
edərək süzün. Qaynar məhluldan stəkanın 1/4 hissəsi qədər götürüb çox da dərin olmayan qaba
töküb, üzərinə un əlavə edib qarıĢdırın. AlınmıĢ qarıĢığı Ģorbaya əlavə edin. Qaynama dərəcəsinə
çatdırıb, xama, duz, zövqünüzə görə Ģəkər əlavə edib süfrəyə verin.