202
Likopin piqmenti ən çox xərçəng xəstəliyinə tutulmuĢ qadınlara müsbət təsir göstərir. Belə
ki, β-karotin A vitamininin sələfi hesab edilir. β-karotin antioksidant fəallığına görə 2 dəfə A
vitaminindən güclüdür. Pomidoru ən çox bitki yağı, qaymaq və yaxud yağ təbiətli qida məhsulları
ilə yedikdə yaxĢı effekt verir. YaxĢı olar ki, pomidoru yağdan düzəldilmiĢ buterbrodla qəbul
edəsiniz.
Harvard Tibb Ġnstitutunun əməkdaĢları isbat etmiĢlər ki, parlaq qırmızı rəngli pomidorun
tərkibində eləcə də tomatda olan likopin ən yaxĢı köməkedici vasitədir. Həm də pomidorun
tərkibindəki likopin yüksək temperaturda xörək və tomat hazırladıqda parçalanmır.
Müalicəvi xüsusiyyətlərinə görə parlaq qırmızı rəngli pomidor birinci, tomat Ģirəsi və
konservləĢdirmiĢ tomat isə ikinci yeri tutur.
Nəzərə almaq lazımdır ki, ən çox açıq sahələrdə əkilmiĢ tünd-qırmızı pomidorda likopin
daha çox olur. Yəqin ki, istixana Ģəraitində becərilən qırmızı-sarı rəngli pomidorun dadı yaxĢı olsa
da müalicəvi xüsusiyyətləri çox aĢağı ola bilər. YaĢıl pomidor kalium elementi ilə zəngin olmasına
baxmayaraq tərkibində likopin maddəsi yox dərəcəsindədir. Yapon alimləri bu yaxınlarda elm
aləminə gözlənilməz bir xoĢ xəbər vermiĢlər. Onlar QĠÇS-ə qarĢı yeni preparatlar hazırlayan zaman
tomat Ģirəsindən istifadə etməyə baĢlamıĢlar. Hazırda tibb mütəxəssisləri xərçəng xəstəliyinə qarĢı
profilaktik vasitə kimi yetiĢmiĢ tünd-qırmızı rəngli pomidor yeməyi məsləhət görürlər.
Mütəxəssislər hesablamıĢlar ki, orqanizmin likopinə qarĢı olan tələbatını təmin etmək üçün 400 q
təzə pomidor, yaxud 2 stəkan təzə tomat Ģirəsi və ya 3 xörək qaĢığı tomat pastası qəbul etməlidirlər.
Ġsrail həkimləri sübut etmiĢlər ki, likopindən nəinki profilaktika məqsədilə, hətta xərçəngin
müalicəsində də müvəffəqiyyətlə istifadə etmək olar. Likopin xərçəng hüceyrələrinə güclü təsir
edərək onun inkiĢafını dayandırır. Pomidorun tərkibində qiymətli vitamin kompleksi olduğundan və
tərkibində az miqdarda kalori saxladığından xəstələr pəhriz zamanı öz xörəklərində pomidordan
geniĢ istifadə edirlər. Hazırda dünyada pomidorun 3000-ə qədər sortu əldə edilmiĢdir.
Dostları ilə paylaş: