Elmi redaktorlar amea-nın müxbir üzvləri


Doqquzdon – Caprifoliaceae



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə534/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   530   531   532   533   534   535   536   537   ...   730
Doqquzdon – Caprifoliaceae Juss. fəsiləsi  
KəndəlaĢ – Sambucus nigra L. 
 
Dünya florasının tərkibində doqquzdon fəsiləsinin 15 cinsi, 300-dən artıq növü yayılmıĢdır. 
Bunlara  ən  çox  Ģimal  zonalarının  mülayim  iqlim  qurĢaqlarında  rast  gəlmək  olar.  Cinsin  növləri 


210 
 
içərisində dərman, boyaq, nektar, bəzək üçün yararlı növmüxtəliflikləri spektrinə təsadüf edilir.  
Qədim dövrün insanları kəndəlaĢı uzun müddət müqəddəs bir varlıq kimi qiymətləndirərək  
onu  həmiĢə  mühafizə  etmiĢlər.  Onlar  insanları  qorxudaraq  deyirdilər  ki,  kim  kəndəlaĢı  qırsa  və 
yaxud kəssə Allahın qəzəbinə tuĢ olar. 
KəndəlaĢın  bütün  hissələrindən  -  çiçək,  meyvə, 
qabıq, kök və yarpaqlarından müalicə məqsədləri üçün bir 
sıra xəstəliklərin sağaldılmasında istifadə edirmiĢlər. 
Bitkinin  ağ  rəngli  çiçəkləri  may-iyun  aylarında  
açır, avqust-sentyabr aylarında Ģirəli qara-bənövĢəyi rəngli 
meyvələri  yetiĢir.  Müalicə  məqsədləri  üçün  ən  çox  çiçək 
və yetiĢmiĢ meyvələrindən istifadə edilir. 
KəndəlaĢın  tərkibində  zəngin  C,  E  vitaminləri, 
mineral  duzlar  kompleksi  aĢkar  edilmiĢdir.  Giləmeyvənin 
tərkibində  karotin,  rutin,  efir  yağı,  üzvi  turĢular  və  s. 
tapılmıĢdır.  Çiçək  və  meyvələrindən  hazırlanan  ekstrakt  və  dəmləmələrdən  öskürək,  soyuqdəymə, 
homeopatiya, tənəffüs yolları xəstəliklərində (xüsusən də astmada) və yeyeinti sənayesində istifadə 
edilir. Meyvə, yarpaq və budaqlarından alınan ekstraktlarından laringit, qrip, quru öskürək, bronxit, 
böyrək  xəstəliklərində  istifadə  edilir.  Meyvəsindən  hazırlanmıĢ  Ģirəsindən  Ģəkər,  hepatit,  mədə 
yaralarında, revmatizm, əsəb sistemi pozuntularında və s. xəstəliklərin müalicəsində istifadə edilir. 
KəndəlaĢın meyvəsi zəhərlənməyə qarĢı əvəzolunmaz vasitə hesab edilir. Meyvələri orqanizm üçün 
zəhərli  təsirə  malik  toksiki  maddələri  orqanizmdən  tez  kənar  edir.  KəndəlaĢın  çiçəklərindən 
hazırlanan  çaydan  damar  divarlarının  möhkəmləndirilməsində  və  elastikliyinin  artırılmasında 
istifadə  edilir.  Ukrayna  və  Belarusda  kəndəlaĢdan  qurdqovucu,  qabıqlarından  soyuqdəymənin, 
podaqra,  sümük  sınıqlarında,  diĢ  ağrılarının  aradan  qaldırılmasında  istifadə  edilir.  Bosniya  və 
Hersoqovina xalq təbabətində yarpaqlarının üzərinə bitki yağı əlavə edib qızdırmaqla, çiçəyinin isə 
isti  ağ  Ģərabda  ekstraktını  hazırlayıb  ayaq  ağrılarını,  suçiçəyini,  PolĢada  çiçəyindən  hazırlanan 
ekstraktından  öskürəyin,  qulaq  ağrılarının,  Ġngiltərədə  meyvə  və  nektarından  dadlı  Ģərab  növləri 
hazırlayıb bir sıra xəstəliklərin müalicəsində istifadə edilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   530   531   532   533   534   535   536   537   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin