Elmi redaktorlar amea-nın müxbir üzvləri


Xalq təsərrüfatı və tibbi əhəmiyyəti



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə530/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   526   527   528   529   530   531   532   533   ...   730
Xalq təsərrüfatı və tibbi əhəmiyyəti. Qədim zamanlardan baĢlamıĢ XIX əsrin axırları və XX 
əsrin  əvvəllərinə  qədər  pambıq,  ipək  və  yun  məmulatlarının  qırmızı  rəngə  və  onun  çalarlarına 
boyadılmasında  boyaqotu  kökündən  geniĢ  istifadə  olunmuĢdur.  Bitkinin  kökündən  alınan  boyaq 


208 
 
maddələri  rəssamlıqda,  keramikada,  abidələrin,  eləcə  də  mebellərin  rənglənməsində  geniĢ  tətbiq 
edilmiĢdir. 
Aparılan  elmi-tədqiqat  iĢlərinin  nəticəsində  məlum  olmuĢdur  ki,  boyaqotunun  kök  və 
kökümsovunun  tərkibindəki  üç  rəng  verən  alarazin  qlükozidi  (ruberitin  turĢusu  -  C
26
H
28
O
4
), 
dekstroza Ģəkərinə, bir də hələ təmiz halda əldə olunmayan purpurin qlükozidinə çevrilir. Purpurin 
qlükozidi  isə  öz  növbəsində  purpurin  (yəni  3-oksiantraxinona)  və  dekstroza  Ģəkərinə  çevrilir. 
Bitkinin  kök  hissəsindəki  rəng  verən  əsas  maddə  qırmızı  rəngdə  olan  alizarin,  həmçinin  yaĢıl 
piqment olan xlorovnindən (rubixlor turĢusundan) ibarətdir. QurudulmuĢ kök hissəsinin tərkibindən 
10%-ə qədər boyaq maddəsi, həmçinin alma və üzüm turĢusu, pektin, enzim, pentoza, zülali maddə, 
az miqdarda yağ maddəsi və s. tapılmıĢdır. Kökünün tərkibində 15-17%-ə qədər Ģəkər maddəsi də 
vardır.  Boyaqotu  bitkisinin  köklərindən  ikinci  dərəcəli  əsas  -  «krap  spirtinin»  tapılması  da  xüsusi 
elmi əhəmiyyət kəsb edir. 
Boyaqotunun kök və kökümsovlarında 11,30% kül maddəsi, mq/q hesabı ilə K - 28,80, Ca - 
19,30, Mg - 1,90, Fe - 2,50 makroelementləri, mkq/q hesabı ilə  Ba - 2,01, Mn - 0,43, Si - 1,71, Zn - 
1,43, Co - 0,04, Cr - 0,65, Al - 0,50, Ba - 2,01, V - 0,46, Se - 0,50, Ni - 0,63, R - 0,60, Pb - 0,13, I - 
0,09, B - 43,60 mikroelementləri aĢkar edilmiĢdir. 
Bitkinin kökləri hələ eramızdan əvvəl qədim Misirdə, Ġranda, Romada, Yunanıstanda nəinki 
rəngsazların, eyni zamanda təbabətlə məĢğul olanların da nəzərini özünə cəlb etmiĢdir. Hippokrat, 
Dioskorid,  sonralar  isə  Halen  öz  əsərlərində  boyaqotunun  dərman  xüsusiyyətləri  haqqında  dönə-
dönə  qeyd  etmiĢlər.  Onlar  boyaqotunun  köklərindən  hazırlanmıĢ  preparatların  böyrək 
xəstəliklərində,  sarılıqda,  raxitdə,  vərəmdə,  irinli  yaraların  sağaldılmasında  iĢlədildiyini 
göstərmiĢlər. Bundan baĢqa sınmıĢ və çatlamıĢ sümüklərin bitiĢdirilməsində kök hissəsindən alnmıĢ 
cövhərdən  (məlhəmdən)  geniĢ  istifadə  olunmuĢdur.  Tibet  təbabət  alimləri  Monqolustan  və 
Buryatiya  çəmənliklərinə  gələrək,  oradan  boyaqotu  köklərini  toplayıb  aparırdılar. Ġndi  bu  bitkinin 
kökləri təsdiq olunmuĢ dərman bitkiləri sırasına daxildir. 
Tibb  aləmində  boyaqotu  kökündən  hazırlanmıĢ  ekstraktdan,  həbdən  və  çay  kimi 
dəmləməsindən  istifadə  edilir.  Ekstrakt  böyrək  daĢı  xəstəliyində  iĢlədilir.  O,  daĢı  parçalamaqla  
insanı bu xəstəlikdən tamamilə azad edir. 
Boyaqotundan hazırlanan quru ekstrakt sidik kisəsi, öd və öd yollarında əmələ gələn daĢların 
təmizlənməsində istifadə olunur. Bu preparat böyrəkdə baĢ verən kəskin spazmatik ağrıları azaldır, 
kiçik  qum  və  daĢların  sidik  vasitəsilə  təmizlənməsinə  Ģərait  yaradır.  Boyaqotundan  hazırlanan 
cövhər  bir  çox  digər  dərmanların  tərkibinə  qatılaraq  «Sistenal»  preparatı  əldə  olunur  ki,  bundan 
sidik  kisəsi,  sidik  yolları,  böyrək  ləyənlərində  toplanıb  qalmıĢ  daĢların  xırdalanıb  əzilib 
orqanizmdən  kənar  olunmasında  istifadə  edilir.  Boyaqotu  preparatı  ilə  fosfat  və  oksalat  təbiətli 
daĢlar  əridilir.  Preparat  qəbul  edilərkən  alizarin  və  ruberitrin  turĢusunun  təsiri  nəticəsində  sidik 
qırmızı və çəhrayı rəngdə olur. 
Preparatdan gündə 3 dəfə, 2-3 həb qəbul etmək məsləhət görülür. Qəbuldan qabaq preparatı 
stəkanın 1/2 hissəsinə qədər doldurulmuĢ suda həll etmək lazımdır. Müalicə müddəti 20-30 gündür. 
Yenidən davam etdirmək lazım gələrsə müalicəni 4-6 həftədən sonra təkrar etmək olar. 
Professor  V.P.Maxlyuk  göstərir  ki,  boyaqotu  kökünün  həlimi  sidik  və  ödqovucu  dərman 
kimi yaxĢı təsir bağıĢlayır. Bu cür preparat bir sıra duzların həll edilməsinə və onların orqanizmdən 
çıxarılmasına  kömək  edir.  Bitki  preparatları  xalq  təbabətində  böyrək  və  öd  daĢı  xəstəliklərində 
iĢlədilir.  A.Ġ.ġreter  qeyd  edir  ki,  boyaqotunu  uĢaqlarda  iltihab  aradan  qaldıran,  qan  dövranını 
sürətləndirən,  hərarəti  azaldan,  oynaqlarda  ĢiĢ  əmələ  gəldikdə,  sümuk  və  əzələlərdə  ağrılar  baĢ 
verdikdə ağrıları azaldan, boğaz nahiyəsində iltihab və ĢiĢ əmələ gəldikdə, ilan sancdıqda, ishalda 
digər bu kimi xəstəliklərdə orqanizmə qüvvət verən bir dərman kimi də qəbul etmək olar. Boyaqotu 
kökünün ekstraktı keçmiĢ SSRĠ klinikalarında sınaqdan keçirilmiĢ, böyrək və öd daĢı xəstəliklərinin 
müalicəsində iĢlədilməsinə icazə verilmiĢdir. 
Orta Asiya respublikalarının xalq təbabətində sarılıq xəstəliyini müalicə etmək üçün və eləcə 
də yaddaĢ zəiflədikdə boyaqotu kökünün dəmləməsini iĢlədirlər. Kökün tərkibindəki qırmızı rəngli 
qlükozid maddəsi böyrəkdə olan daĢı yumĢalda bilir və sidik vasitəsilə xaric olunur. 
Müalicə  məqsədləri  üçün  boyaqotundan  aĢağıda  göstərilən  qaydada  istifadə  etmək  olar:  1 


209 
 
çay  qaĢığı  doğranmıĢ  boyaqotu  kökü  1  stəkan  qaynanmıĢ  suda  8  saat  müddətində  dəmlənir, 
tənzifdən  süzülür,  stəkanda  qalan  köklərin  üstünə  bir  stəkan  da  qaynar  su  tökməklə  15  dəqiqə 
dəmlənir,  yenə  tənzifdən  süzülür.  Sonra  hər  iki  maye  qarıĢdırılır.  Bir  gün  müddətində  hər  dəfə 
yarım stəkan miqdarında gündə 4 dəfə, daxilə qəbul edilir. Güclü sidikqovucu xassəyə malik olduğu 
üçün onu çox iĢlətmək olmaz. Böyrək daĢı xəstəliyində boyaqotu kökü iĢlədən xəstələr bunu ancaq 
həkimin icazəsi ilə edə bilərlər. 
Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  respublikamızda  boyaqotunun  ehtiyatı  xeyli  azalmıĢdır. 
Unutmaq olmaz ki, boyaqotu mühafızə olunan bitkilər sırasına daxildir. Hazırda Azərbaycanın heç 
bir yerində boyaqotu bitkisi əkilib-becərilmir. 
Azərbaycan  xalçalarının  keçmiĢ  Ģan-Ģöhrətini  özünə  qaytarmaq  və  eyni  zamanda 
apteklərimizi  xammalla  təmin  etmək  üçün  bu  qiymətli  bitkini  geniĢ  sahələrdə  əkib-becərmək 
lazımdır. 
Bitkini  toxum  vasitəsilə  artırıb-çoxaldırlar.  Toxumlarını  yaz  fəslində  2-3  sm  dərinlikdə 
əkirlər.  Cərgələrin  arası  60-70  sm  olmaqla  hər  hektar  sahəyə  15-20  kq  toxum  səpmək  məsləhət 
görürlür. 
Qazılıb  çıxarılmıĢ  kök  və  kökümsovları  əl  ilə  torpaq  və  digər  qarıĢıqlardan  təmizləyərək 
sakit axar suda yuyur, mehdəyən kölgəli yerlərdə  açıq havada və yaxud 45-50 dərəcə temperaturda 
odla qızdırılan sobalarda qurudurlar. Kökün saxlanma müddəti 3 ildir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   526   527   528   529   530   531   532   533   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin