Elmi redaktorlar amea-nın müxbir üzvləri


BOYAQOTU – Rubiaceae Juss. fəsiləsi



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə526/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   522   523   524   525   526   527   528   529   ...   730
BOYAQOTU – Rubiaceae Juss. fəsiləsi  
 
Dünya florasının tərkibində fəsilənin 400-ə qədər cinsi, 5000-ə qədər növü məlumdur. Həyat 
formalarına görə bunlar ot, kol və ağac bitkiləridir.  
 
Taclı dilqanadan – Cruciata (Galium) coronata Sibth. et Smith. 
 
Dünya florasının tərkibində cinsin 400-ə qədər növü yayılmıĢdır. Bunlardan Qafqazda 48, o 
cümlədən Azərbaycanda 41 növünə rast gəlmək olar. Yer kürəsinin hər yerində Dilqanadan cinsinin 
bütün növlərininə rast gəlmək olar. 
Xalq arasında dilqanadana «bal» adı verilmiĢdir. Dilqanadan südün çürüməsində, Ġngiltərədə 
isə fermerlər bitkinin otundan maya kimi istifadə etməklə xoĢ iyli pendir istehsal edirlər. 
Çox  qədim  dövrlərdən  baĢlayaraq  cinsin  əksər  növlərindən  xalq  təsərrüfatının  müxtəlif 
sahələrində, o cümlədən boyaq, aĢı, dərman, nektar, bəzək və s. 
məqsədlər üçün geniĢ istifadə edilmiĢdir. Hal-hazırda G.verum, 
G.triflorum, G.aparine, G.mollugo və s. növlərindən müalicə və 
təbii  boyaq  xammalı  kimi  istifadə  olunur.  Dünya  xalqları 
təbabətində  dilqanadanın  bir  neçə  növündən  bir  sıra 
xəstəliklərin  müalicəsində  geniĢ  istifadə  edilir.  Bunlardan 
hazırlanan  preparatların  köməyi  ilə  sağalmayan  yaraların, 
çibanların,  həmçinin  mədə,  böyrək,  suçiçəyi  və  s.  xəstəliklərin 


207 
 
müalicəsində istifadə edilir. 
Müalicə məqsədləri üçün taclı dilqanadandan da istifadə etmək olar. 
 Taclı dilqanadan - Cruciata (Galium) coronata. Çoxillik ot bitkisi olub, kökümsovu Ģaquli 
budaqlanan oduncaqvaridir. Gövdəsinin hündürlüyü 4-35 sm olub az-çox budaqlanandır. Çiçəkləri 
sarı rəngdə olub diĢiciyinin sayı çoxdur.  Taclı dilqanadana  Azərabycanda Quba  ərazisinin Ģərq və 
qərb zonalarında, Qobustanda, Kür-Araz ovalığında, Alazan-Əyriçay vadisində, Naxçıvanm dağlıq 
zonalarında rast gəlinir. Bitki quru daĢlı yamaclarda, kollar arasında bitir. 
Dilqanadandan  hazırlanan  preparatlar  bakteriosid,  soyuqdəymə,  yarasağaldan,  ağrıkəsici, 
sakitləĢdirici, sidikqovucu, büzüĢdürücü və s. xüsusiyyətlərə malikdir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   522   523   524   525   526   527   528   529   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin