206
Bitkini mal-qara, quĢlar səhvən yedikdə zəhərlənirlər.
Müalicə məqsədləri üçün dəlibəngin yarpaqlarından istifadə olunur. Yarpağının tərkibindən
0,37%-ə qədər
alkaloid, qiostsianin,
atropin və skopolamin, güclü tütün iyi verən 0,04%-ə qədər efır
yağı, 0,1% karotin, 1,7%-ə qədər aĢı maddəsi və s. aĢkar edilmiĢdir.
Bundan baĢqa yarpaqlarının tərkibində 12,36%-ə qədər kül, mq/q hesabı ilə 37,60 - K, 31,10
- Ca, 7,00 - Mg, 0,35 - Fe makroelementləri, mkq/q hesabı ilə Mn - 0,26, Cu - 0,56, Zn - 093, Co -
0,11, Mo - 72,00, Cr - 0,10, Al - 0,15, B - 15,23, Se - 4,10, Ni - 0,10, Sr - 2,18, Pb - 0,09, I - 0,45, B
- 131,60 mikroelementləri və s. aĢkar edilmiĢdir.
Dəlibəngin yarpaqlarından atropin preparatı hazırlanır ki, bundan da mədə və onikibarmaq
bağırsaq yaralarının, öd kisəsində əmələ gələn daĢların, xolesistitin, bağırsaq və sidik yolları
spazmalarının, bronxial astmanın, göz soyuqdəymələrinin müalicəsində geniĢ istifadə edilir.
Yarpağının tərkibində 0,15% skopolamin, qiostsiamin, qiostsin, tropin, asetiltropin,
kuskqiqrin (bellaradin), kökündən 0,08-0,6% qiostsiamin, skopolamin və s. alkaloidlər aĢkar
edilmiĢdir.
Dəlibəngdən hazırlanan preparatlardan əsəb sarsıntılarının, sinir hüceyrələrində əmələ gələn
pozuntuların, qıcolmaların, pəltəkliyin, iflicin, göyöskürəyin, epilepsiyanın, meningitin, mədə
yaralarının, yanıqların, xərçəng ĢiĢlərinin, göz və s. xəstəliklərin müalicəsində istifadə edilir.
Qafqaz
xalqları plevritin, Qaraçay-Çərkəslilər vilayətində qurd əleyhinə, kökündən hazırlanan
preparatlardan respirator infeksiyalarının, Koreyalılar bronxial astmada, qusma, qıcolmada tətbiq
edirlər. Dəlibəngin yağından xarici nahiyələrdə baĢ verən pozuntuların, səpkilərin, revmatizmin,
Koreyada yarasağaldıcı, kosmetikada homeopatiyada, Bolqarıstan tibb aləmində tozundan
hazırlanan cövhərindən - fıkir dağınıqlarında, miqrendə, nitq pozuntularında, Belorusda
cövhərindən astma və epilepsiyada, Baykal ətrafında meyvəsindən mədədə əmələ gələn xərçəngin
müalicəsində, qıcolmada, əsəb xəstəliklərinin və s. müalicəsində istifadə edilir.
Dəlibəng əkilən hər hektar sahədən 1 ton quru kütlə əldə edilir.
Dostları ilə paylaş: