Sarılıq (xənəzir), dəri səpkilərinin müalicəsində. 200 q doğranmıĢ otunu 3 litr qaynar suya
töküb 3-4 saat dəmlədikdən sonra süzüb tasa boĢaldın. Tasda olan müalicə ekstraktının 37-38ºC
temperaturadək soyudub 15 dəqiqə ərzində vannasını qəbul edin. Əməliyyatı günaĢırı etmək
məsləhət görülür. Müalicə kursu 10 vanna qəbul etməklə baĢa çatdırılmalıdır.
Gürcü boyaqotu – Rubia iberica (Fisch. ex DC.) C.Koch. Dünya florasının tərkibində boyaqotu – Rubia L. cinsinin 55-60-a yaxın növü yayılmıĢdır.
Bunlardan Qafqazda 4, o cümlədən Azərbaycanda 3 növünə təsadüf edilir. Gürcü boyaqotu - Rubia iberica, sərtyarpaq boyaqotu - R.rigidifolia Pojark., Zaqafqaziya boyaqotu - R.transcaucasica Grossh. daha çox yayılmıĢdır. Bu növlərin içərisindən xalq təsərrüfatı üçün ən qiymətlisi gürcü
boyaqotu hesab edilir. Gürcü boyaqotu - Rubia iberica çoxillik ot bitkisidir. Gövdəsi yerin 3 metrə
qədər dərinliyinə iĢləyir. Çiçəkləri xırda, lələkvari sarı, meyvəsi qara rəngdədir. Kök sistemi qol-
budaqlı olub, əsas kökdən və kökümsovlardan ibarətdir.
Azərbaycanda gürcü boyaqotuna təbii halda düzənlikdən
baĢlayaraq dəniz səviyyəsindən 1000 m hündürlüyə qədər
sahələrdə rast gəlmək olar. O, ən çox Quba, Dəvəçi, Qusar,
Xaçmaz, ġamaxı, AbĢeron, Qazax, AğdaĢ, Lənkəran, Masallı və
Naxçıvan MR-də yayılmıĢdır.
3-4 illik boyaqotunun hər hektarından 4 sentnerdən 10-12
sentnerə qədər quru kök məhsulu, 0,3-3,4 sentnerə qədər isə toxum
əldə etmək mümkündür.