Böyrək və sidik kisəsi xəstəlikləri zamanı sidikqovucu vasitə kimi. 10 ədəd təzə çiçəyindən
götürüb 1 stəkan qaynadılmıĢ suda 10 dəqiqə dəmləyib süzün. Sonra ekstraktdan gün ərzində hər
dəfə yeməyə 20-30 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Yunan balqabağından müalicəvi qida məhsullarının hazırlanması.Bir çox ölkələrin
xalqları yunan balqabağını qabığı ilə birlikdə doğrayıb xiyarla birlikdə zərif və dadlı salatını
hazırlayıb süfrəyə verir və iĢtahla yeyirlər. Orta Aralıq dənizi ətrafındakı ölkələrin əhalisi çiçəyini
delikates hesab edib, Ģəkərli tort hazırlayır, bunu biĢirib qarnir kimi ətin yanına qoyub yeyirlər.