Elmi redaktorlar amea-nın müxbir üzvləri


Balqabaqdan müalicəvi ət xörəyinin hazırlanması



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə568/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   564   565   566   567   568   569   570   571   ...   730
Balqabaqdan müalicəvi ət xörəyinin hazırlanması. 
Çox  da  böyük  olmayan  balqabağın  yuxarı  hissəsini  qapaq  Ģəklində  kəsin.  Sonra içərisində 
olan toxumlarını və qabığını qalınlığı 2 sm olana qədər ətli hissəsindən kəsib kənara qoyun və tikə 
Ģəklində yaxĢı biĢirin, qızardılmıĢ əti balqabağın içərisinə doldurub qapağını bağlayıb sobaya qoyun 
və 20 dəqiqə biĢirin. Xörəyi isti halda yeyin. 
Xalq təbabətində böyrək və qara ciyər xəstəliklərinin müalicəsində gündə üç dəfə stəkanın 
1/2 hissəsi qədər təzə Ģirəsindən qəbul etmək məsləhət görürlür. Yuxusuzluğun və gecə qorxularının 
aradan qaldırılmasında sakitləĢdirici vasitə kimi yatmazdan qabaq Ģirəsini balla qarıĢdırıb 1 stəkan 
qəbul etmək məsləhətdir. 
Parlaq-narıncı  rəngli  ətli  hissəsinin  tərkibində  çoxlu  miqdarda  β-karotin,  provitamin  A 
maddəsi  olduğundan  dəridə  gedən  fizioloji  proseslərin  gediĢini  nizamlayır.  Belə  ki,  o  dəridə 
qırıĢların  əmələ  gəlməsinin  müddətini  uzadır,  orqanizmdə  immuniteti  gücləndirir.  Buna  görə  də 
tərkibində  zəngin  vitaminlər  olan  sortlarından  sənayedə  A  vitamin  konsentratlarının  istehsalında 
geniĢ  istifadə  edilir.  Ətli  hissəsindən  hazrlanan  sıyığı  dəridə  baĢ  verən  ekzema  və  yanıqların 
müalicəsində çox yararlıdır. Danimarka xalq təbabətində balqabaqdan xora yaraları müalicə edilir. 
Toxumundan isə tibb aləmində 150 ildən artıqdır ki, istifadə olunmaqdadır. Toxumunun göyümtül-
yaĢıl  örtüyünün  tərkibində  xüsusi  maddə  saxladığına  görə  ondan  qurdsalıcı  vasitə  kimi  istifadə 
edilir. Bundan orta əsrlərdə daha çox istifadə edilirdi. 1820-ci ildə həkimlər balqabaq toxumunun 
helmintlərə,  o  cümlədən  lentĢəkilli  qurdlara,  bəzən  isə  yumru  qurdlara  qarĢı  öldürücü  təsir 
göstərdiyini qeyd edirdilər. Ən çox qurdlara öldürücü təsir göstərən çılpaq balqabaq toxumudur. 
Balqabaqdan biĢirilmiĢ, qızardılmıĢ və turĢuya qoyulmuĢ halda istifadə edirlər. 
Amerikada «xərçəng əleyhinə aparılan mübarizə» cəmiyyətinin gəldiyi qərara görə hər gün 
yediyimiz qidalarla birlikdə balqabaq yemək məsləhətdir. 
Hindistanda  balqabağın  çiçəklərini  biĢirib  yeyirlər.  Rumıniyada  toxumlarından  alınan 
yağından  günəbaxan  və  zeytun  yağları  kimi  müxtəlif  qida  məhsullarının  hazırlanmasında  istifadə 
edilir. Fransada isə balqabağın cavan gövdələrindən qida kimi geniĢ istifadə edirlər. 
 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   564   565   566   567   568   569   570   571   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin