birləĢmələri,
həmçinin fenol təbiətli C
18
H
16
O
7
və C
21
H
24
O
7
boyaq maddələri, piy turĢuları, inozit, 0,04%-ə qədər
efır yağı və s. maddələr aĢkar edilmiĢdir.
Solmazçiçəyi çiçəklərinin tərkibində 1,32% kül, mq/q-la: K - 16,30, Ca - 700, Mg - 1,20, Fe
- 0,13 makroelementləri, mkq/q-la: Mn - 0,38, Cu - 0,51, Zn - 0,39, Cr - 0,08, Al - 0,03, Se - 17,10,
Ni - 0,17, Sr - 0,38, Pb - 0,02, B - 85,20 mikroelementləri aĢkar edilmiĢdir. Yerüstü hissələrdən isə
19,48% kül, mq/q-la: K - 28,00, Ca - 9,40, Mg - 2,70, Fe - 1,70 makroelementləri, mkq/q-la: Mn -
0,27, Cu - 0,40, Zn - 0,71, Co - 0,44, Mo - 2,20, Cr - 0,66, Al - 1,21, Ba - 0,78, V - 0,32, Se - 5,70,
Ni - 0,34, Sr - 0,07, Pb - 0,09, B - 21,20 və s. mikroelementləri tapılmıĢdır.
228
Qumsal solmazçiçəyi S.P.Pavlovun laboratoriyasında elmi əsaslarla öyrənilməyə baĢlanmıĢ,
kliniki təcrübələr 30-cu illərdə aparılmıĢdır. Təcrübələr nəticəsində məlum olmuĢdur ki, qumsal
solmazçiçəyindən alınan preparatların köməyi ilə böyrək, öd kisəsi və öd yollarını müalicə etmək
olar. Ye.Yu.ġass tərəfindən aparılan tibbi təcrübələr zamanı isbat olunmuĢdur ki, bitkidən alınan
preparatları qəbul edən xəstələrdə ürəkbulanma, qusma, qarın köpü, böyrək və öd kisəsində baĢ
verən nasazlıqlar getdikcə aradan qalxır, dəridə və göz almasının xarici qiĢasında əmələ gələn
sarılıq tədricən çəkilməyə baĢlayır. Bundan baĢqa preparatların təsiri nəticəsində ödün ifrazı artır,
öd turĢusunun və bilirubinin qatılığı azalır, öd kisəsinin və öd kisəsi vəzisinin sekresiya fəaliyyəti
normalaĢır.
Hal-hazırda öd kisəsi iltihabı, hepatitin müalicəsində solmazçiçəyindən hazırlanan
dəmləmələrdən, sulu və quru ekstraktlardan ödqovucu vasitə kimi geniĢ istifadə edilir.
Dostları ilə paylaş: |