227
əlaqədardır.
Tədqiqat nəticəsində müəyyənləĢdirilmiĢdir ki, qatlı quruçiçəyin çiçəklərindən qara ciyər, öd
kisəsi və öd yollarının kəskin və xronoki xəstəliklərində dərman kimi ayrılıqda və baĢqa qarıĢıqlarla
birlikdə istifadə etmək olar. Ev Ģəraitində bu çiçəyin dəmləməsindən istifadə etmək daha
məqsədəuyğundur. Bunun üçün iki xörək qaĢığı çicəyin üzərinə 2 stəkan qaynar su töküb vam odda
15 dəqiqə dəmlədikdən sonra 45 dəqiqə saxlayıb süzün, yeməkdən yarım saat qabaq gündə yarım
stəkan qəbul etmək məsləhət görülür. Müalicə kursu xəstəliyin
gediĢindən asılı olaraq 2-3 həftə davam etdirilir. Qatlı quruciçək
çiçəklərinin müalicəvi təsiri qara ciyər, öd kisəsi və öd yolları
xəstəliklərində geniĢ istifadə edilən alloxol, xoloqon, xolosas,
xolenzim dərmanlarından daha üstün sayılır.
Qatlı quruçiçək dəmləməsini qəbul etdikdən sonra öd
turĢusunun bağırsaqlara axması yaxĢılaĢır, öd turĢusunun və
bilirubinin öddə qatılığı azalır, mədənin və mədəaltı vəzinin
sekretor funksiyası nizamlanır. Xəstənin qara ciyər nahiyəsində
ağrı azalır, onun həcmi normaya düĢür, ürəkbulanma, qusma,
köpmə, mədə pozğunluğu halları aradan qalxır.
Solmazçiçəkdən flamin adlı həblər də hazırlanır.
Ödqovucu çay kimi də ödotu məsləhətdir. Bunun üçün
ödotundan 3 qram, nanə yarpağından 2 q götürüb, üzərinə bir
stəkan qaynar su löküb ağzını örtün və 20 dəqiqə dəmə
qoyduqdan sonra süzün. Dəmləmədən ilıq halda, gündə 3 dəfə, yeməkdən qabaq hər dəfə yarım
stəkan içmək məsləhətdir.
Azərbaycan florasında rast gəlinən bütün quruçiçək (solmazçiçək) növlərindən müalicə
məqsədləri üçün istifadə etmək olar.
Dostları ilə paylaş: