Dismenoreya, klimakteriya, yuxusuzluğun, hipertoniyanın başlanğıc dövründə. Gülümbahar çiçəyindən 1:10 nisbətində götürüb 70%-li spirtdə cövhərini hazırlayıb 21 gün qaranlıq
yerdə saxlayın. Gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ 15-20 damcı 30 ml suya töküb qəbul edin.
Qanı axan yaraların müalicəsi üçün. Gülümbahardan hazırlanmıĢ mayeni tənzifə hopdurub
yaranın üzərınə qoyun.
Oara ciyər sirrozunda. 40 q gülümbahar çiçəyi, 40 q dazıotu, 20 q çovdar mahmızı, 30 q
yolotu, 40 q solmazçiçək, 10 q çobanyastığı qarıĢığından 3 xörək qaĢığı bir stəkan qaynadılmıĢ
soyuq suya töküb 10-12 saat saxlayın. 5 dəqiqə qaynatdıqdan sonra süzün.
Dalaq şişmələrində. Gülümbahar və boymadərən çiçəyi götürüb qarıĢdırın. AlınmıĢ
qarıĢıqdan 3 xörək qaĢığı 3 stəkan qaynar suya töküb dəmləyin. Sonra süzüb gündə 3 dəfə,
yeməkdən qabaq 1 stəkan qəbul edin.