Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə639/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   635   636   637   638   639   640   641   642   ...   730
Konyunktivit  zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ  təzə  otunu  1  stəkan  qaynar  suya  töküb 
qaynama  dərəcəsinə  gətirin,  yarım  saat  saxlayıb  süzün.  Aldığınız  dəmləmə  ilə  gündə  2-3  dəfə 
gözünüzü yuyun. 
Diqqət!  Çaqqalqanqalı  qanı  qatılaĢdırdığına  görə  bitkidən  alınan  preparatlardan  qanı  qatı 
olan, eləcə də trombofebitə və hipertoniyaya meyilli xəstələrin istifadə etməsi məsləhət görülmür. 
 
Gözəl rapontikum – Rhaponticum pulchrum Fisch. et Mey. 
 
Dünya florasının tərkibində Rhaponticum cinsinin 17-yə qədər növünə təsadüf edilir. Cinsin 
Qafqazda  2,  o  cümlədən  Azərbaycanda  1  növü  -  Rhaponticum  pulchrum  FischĢ  et  Mey.  -  gözəl 
rapontikum  növü  yayılmıĢdır.  Cinsin  növlərinə  əsasən  Yer  kürəsinin  Ģimal  rayonlarında  təsadüf 
etmək  olar.  Rhaponticum  cinsinə  daxil  olan  növlər  xalq  təsərrüfatının  müxtəlif  sahələrində,  o 
cümlədən tibb, yeyinti və  yüngül sənayedə istifadə edilir. Bitkinin  ən qiymətli növlərindən biri də 
Rh. luratum  C. Winkl. ex Iljin və Rhaponticum carthamoides
 
(Willd.) Iljin - iribaĢlı rapontikum və 
yaxud xalq arasında deyildiyi kimi maral köküdür. 
ĠribaĢlı  rapontikum  -  Rhaponticum  carthamoides  (Willd.) Iljin. 
Bu, gövdəsinin hündürlüyü 50-
 
150 sm-ə qədər olan çoxillik ot bitkisidir. 
Gövdəsinin  üzəri  xırda  Ģırımlardan  ibarət  olub  kökümsovu  budaqlanan 
tünd  qonur  rəngdən  baĢlayıb,  qəhvəyi  rəngə  çalan  çoxsaylı  qaytan 
köklərdən 
ibarətdir. 
Yarpaqları 
ellipsvari 
və 
yaxud 
uzunsov 
yumurtavaridir.  Çiçəkləri  ikicinsli  səbət  formasında  olub  bənövĢəyi-
qırmızı və yaxud qırmızımtıl rəngdədir. Bitki iyun ayından avqust ayına 
qədər çiçək açır, avqust, sentyabrda meyvə verir. Bitkiyə ən çox Sibirin 
Altay  vilayətinin  alp  və  subalp  zonalarında  təsadüf  edilir.  Ən  çox  isə 
Sayan ətrafında təsadüf edilir. Sibir və Altay vilayətinin xalq təbabətində 
bitkinin  kökündən  hazırlanan  preparatlarla  uzun  sürən  ağır  xəstəlikdən 
sonra baĢ verən gücsüzlüyün, halsızlığın aradan qaldırılmasında istifadə 
edilir.  Ġmpotentlikdə  -  cinsi  zəifliyin  aradan  qaldırılmasında  bitkinin  kök  və  kökümsovlarından 
iĢlədilir  (Saratikov,  1946).  Maral  kökünün  kök  və  kökümsovlarının  tərkibində  sinir  sistemini 
stimullaĢdıran ekdisteronlardan - ekdisteron və inokosteron maddələri, həmçinin müxtəlif kimyəvi 
quruluĢlara  malik  olan  alkaloidlər,  kumarinlər,  antraxinonlar,  flavonoid  və  aĢı  maddələri, 
antosianlardan  (xrizantemin  və  sianin)  imelin,  katexin  birləĢmələri,  efır  yağı,  parlaq-sarı  rəngli 
qatran,  kitrə,  C  vitamini,  karotin,  üzvi  turĢuların  duzları,  fosfor,  arsen  və  s.  maddələr  aĢkar 
edilmiĢdir  (Krasnov  və  b.,  1977;  DoĢinskaya  və  b.,  1983).  Ekdisteroid  maddələrinin  bitkinin 
müxtəlif  hissələrində  olduğu  aĢkar  edilmiĢdir.  Maral  kökündən  hazırlanan  preparatlardan 
yorğunluğun,  halsızlığın,  zəifliyin,  qan  dövranının  nizama  salınmasında,  mərkəzi  sinir  sisteminin 
normal  qanla  təchiz  olunmasında,  qan  təzyiqinin  tənzimlənməsində,  həmçinin  orqanizmin 
stimullaĢdırıcı  qabiliyyətinin  yüksəldilməsində  geniĢ  istifadə  edilir.  Bundan  baĢqa  maral  kökü 
preparatlarının  köməyi  ilə  kiĢi  və  qadınlarda  cinsi  zəifliyin  aradan  qaldırılmasında,  streslərin, 
alkoqolizmə  tutulanların  müalicə  edilməsində,  canlı  hüceyrələrdə  gələcəkdə  baĢ  verən  xəstəliyin 
qarĢısının  alınmasında  tətbiq  edilir  (PaĢinski,  Yaremenko,  1983).  Bu  xəstəlikləri  müalicə  etmək 
üçün kökündən hazırlanan cövhərdən gündə 2-3 dəfə 20-30 damcı qəbul etmək məsləhət görülür. 
Maral  kökündən  hazırlanan  10%-li  ekstraktdan  qanın  duruldulmasında  istifadə  edilir    (Netesa, 
1963; Boyko və b., 1989). Maral kökündən istifadə edən zaman orqanizmin toxuma və hüceyrələri 
cavanlaĢır, yəni insanın ömrünü uzadan yeni-yeni hüceyrə və toxumaların yaranmasına səbəb olur. 
Orqanizmdə eyni zamanda cinsiyyət üzvlərinin toxuma və hüceyrələrində cavanlaĢma və təzələnmə 
hadisəsi  baĢ  verir.  Ġnsan  orqanizmində  baĢ  verən  bu  cavanlaĢma  prosesi  hazırkı  dövrə  kimi  tibb 


252 
 
aləmində  bir  sirr  olaraq  qalmaqdadır.  Maral  kökündən  istifadə  edən  zaman  çox  ehtiyatlı  olmağı 
məsləhət  görürlər.  Belə  ki,  bu  preparatlardan  normadan  artıq  istifadə  edildikdə  uzunmüddətli 
yuxusuzluq,  cinsi  fəaliyyətə  həvəsin  həddindən  artıq  yüksəlməsi,  qan  təzyiqinin  normadan  artıq 
olması baĢ verir. Maral kökündən Ģəkərli diabetdə istifadə edildikdə xəstənin özünü çox yaxĢı hiss 
etməsi  müĢahidə  edilmiĢdir.  Allah  tərəfindən  insanlara  bəxĢ  edilən  bu  «sehrli  kök»  onları  bir  sıra 
çətin sağalan xəstəliklərdən xilas etdiyinə görə biz insanlar həmiĢə Allaha dua etməliyik. 
Bunun üçün 1 xörək qaĢığı doğranmıĢ kökündən orta dərəcədə yanan odun üzərinə qoyaraq 
15-20  dəqiqə  qaynadıb  biĢirdikdən  sonra,  25-30  dəqiqə  dəmləyin.  Aldığınız  cövhərdən  gündə  2 
dəfə  15-20  damcı  qəbul  edib  özünüzü  müalicə  edə  bilərsiniz.  Maral  kökündən  hazırlanan 
preparatlardan  baytarlıq  təsərrüfatında  da  istifadə  etmək  olar.  Bu  preparatlardan  mal-qaraya 
verdikdə  danalarda  boyatma  sürətlənir,  qanda  eritrositlərin  miqdarı  artmağa  baĢlayır  və  qısırlığın 
faizi  azalır.  Maral  kökü  qiymətli  nektar  bitkisi  sayılır.  Ondan  yeyinti  sənayesində  tonusartırıcı 
«Sayan»  spirtsiz  içkilərin  hazırlanmasında  istifadə  edilir.  Sayan  içkisinin  orqanizmə  təsir 
mexanizmini öyrənmək üçün tibb mütəxəssisləri 900-dən artıq fəhləyə bu içkidən qəbul etdirmiĢdir. 
Aparılan  təcrübələr  zamanı  məlum  olmuĢdur  ki,  «Sayan»  içkisi  insan  orqanizminə  öz  təsirini  2 
fazada  göstərmiĢdir.  Birinci  fazada  mərkəzi  sinir  sistemində  10-15  dəqiqədən  sonra  oyanma 
hadisəsinin yüksəlməsi baĢ vermiĢ və bu proses uzun müddət davam etmiĢdir. Gecədən keçmiĢ və 
gecə vaxtı ikinci fazada  sinir sistemində kəskin tormozlanma baĢ vermiĢ və fəhlələr uzunmüddətli 
dərin  yuxuya  getmiĢlər.  Bu  da  «Sayan»  içkisinin  orqanizmdə  qoruyucu  rol  oynadığını  aĢkar 
etmiĢdir  (Turova,  1974.)  Maral  kökündən  Ģəkərli  diabetdən  əziyyət  çəkən  xəstələr  qəbul  edən 
zaman onların vəziyyətlərinin xeyli yaxĢılaĢdığı bildirirlir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   635   636   637   638   639   640   641   642   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin