253
0,09 - V, 1,11 - Se, 0,36 - Ni, 0,04 - Sr, 0,06 - Pb, 0,50 - B və s. mikroelementləri aĢkar edilmiĢdir.
Elmi-təbabətdə mavi göyçiçəyin güllərindən sulu dəmləmə hazırlayıb sidikqovucu və
ödqovucu dərman kimi qəbul edilir. Cövhərindən sidik kisəsi və bronxlarda əmələ gələn iltihabın,
ĢiĢ və irinli yaraların müalicəsində istifadə edilir.
Xalq təbabətində göyçiçək çayından ürək ağrılarını sakitləĢdirmək üçün iĢlədilir.
Hələ çox qədim zamanlarda göyçiçəyin toxumlarını yığıb qurudar, narın toz halına salıb,
ziyil, qaĢınma və ekzema əleyhinə iĢlədərdilər. Ləçəklərindən alınan cövhərlərdən isə göz
qıcıqlanma, ağrı və yaralarında istifadə olunmuĢdur.
Hal-hazırda kosmetika sahəsində göyçiçəyin ləçəklərindən alınan dəmləmələrdən,
cövhərlərdən dəridə əmələ gələn yaraların, ekzemaların, qaĢınmaların müalicəsində geniĢ istifadə
edilir. Ondan göz ağrılarında, bədəndə əmələ gələn qıcıqlanmalarda da iĢlədilir. Dəri səpkilərində
isə vannasının qəbul edilməsi məsləhət görülür.
Çiçəklərindən yeyinti sənayesi üçün göy rəngli təbii boyaq alınır.
Müalicə və kosmetika məqsədilə tam çiçək açan dövrdə toplanır. Çiçək səbətlərini qayçı ilə
kəsib qıfvari və bir qədər boruĢəkilli çiçəkləri ayırıb, talvar altında sərib qurudurlar. QurumuĢ
çiçəkləri kağız kisələrə doldurub quru yerlərdə saxlayırlar.
Dostları ilə paylaş: