258
Avqustun imperatorluğu dövründə kahıdan yalnız təkcə təzə halda yox, onu balla qarıĢdırır,
Ģorabasını, yaĢıl lobya kimi konservini hazırlayırdılar. Ġspaniyada yaĢayan ərəblər (VIII-IX əsrlər)
baĢ kahıdan istifadə edirmiĢlər.
Mərkəzi Avropa ölkələrində Böyük Karlın dövründə (768-814) salatından istifadə etməyə
baĢlamıĢdılar. Çarın oğlu Lüdovikin (814-840) iri feodal təsərrüfatlarında geniĢ kahı sahələri
mövcud olmuĢdur.
«Physica» kitabınm müəllifı qeyd edir ki, qadın monastrının baĢçısı Hildeqard (Hildegard,
1098-1179), monastırın həyətyanı sahəsində kahının
«wilden ladeche» və mədəni forması olan -
L.domestica becərirdi. Ədəbiyyat məlumatlarında göstərilir ki, orta əsrdə kahının növ və sortları
Avropanın bir sıra ölkələrində geniĢ əkilib-becərilirdi. Ġngiltərəyə kahı I Karlın bağbanı tərəfindən
(XIV əsrdə) gətirilib əkilmiĢdir, baĢqa bir mənbədə qeyd edilir ki, kahı Ġngiltərəyə 15-20-ci illərdə
Niderlanddan gətirilmiĢdir. Ġ.Gerarda görə (1957) o dövrlərdə Ġngiltərədə kahının 8 sortu becərilirdi.
1835-ci ildə Almaniyada kahı bitkisinin qulançar sortunun becərilməsi haqqında məlumat
verilir. Kahının bu sortunun gövdəsi ətli olduğu üçün buna «qulançar kahısı» adı verilmiĢdir.
Almaniyada yarpaq formalı kahı 1875-ci ildə əkilmiĢ və hazırkı dövrə kimi geniĢ əkin sahələri
mövcuddur.
Kahı tərəvəz bitkisi kimi tezliklə Avropa və Amerika ölkələrinə yayılmağa baĢladı.
Sturtevantsın (1919) məlumatlarına görə 1612-ci ildə Fransada kahının 6, 1690-cı ildə 12,
1828-ci ildə 40, 1883-cü ildə isə 113 sortu məlum idi. Ġngiltərədə kahının 1597-ci ildə 6 sortu,
1765-ci ildə 18 sortu, Amerikada 1806-cı ildə 16 sortu, 1885-ci ildə 87 sortu, Hollandiyada isə
1720-ci ildə 47 kahı sortu əkilib-becərilirdi. Bu dövrlərdə ġərqi Asiya ölkələrində isə «qulançar
kahısı‖ geniĢ əkilirdi. Dekandol (1885) qeyd edir ki, çinlilər kahıdan 600-900-cu illərdə istifadə
etməyə baĢlamıĢlar. Yapon mənbələrində göstərilir ki, çinlilər kahı Ģitillərini ilk əvvəllər Ġran və
Qərbi Asiya ölkəılərindən alırmıĢ. Yaponlar kahıdan birinci dəfə X əsrdə istifadə etmiĢlər. BaĢarılı
kahıdan isə yaponlar 1863-cü ildə istifadə ctməyə baĢlamıĢlar. Yaponlar kahını ən çox xörəklərin
bəzədilməsində iĢlədirmiĢlər. ABġ-da isə ən çox yumĢaq kahı sortundan istifadə edilirdi. Slavyan
xalqı isə kahıdan xaçpərəstliyi qəbul edən günlərdən bəri istifadə etməyə baĢlamıĢlar. Qərb ölkələri
ilə əlaqəsi nəticəsində kahı bitkisi yavaĢ-yavaĢ Rusiya ərazilərində görünməyə baĢlamıĢdır.
Q.V.Kovaleksi (1938) qeyd edir ki, kahı ilk dəfə Rusiyaya Qərb ölkələrindən gətirilmiĢdir. Rus
tarixçiləri yazırlar ki, I Pyotr kahının sirkə turĢusu ilə ləzzətlə yeyirmiĢ. 1900-1908-ci illərdə
Rusiyada bostançılığın inkiĢafı materiallarında göstərilir ki, əkilən tərəvəz bitkiləri içərisində kahı
xüsusi yer tuturmuĢ.
Hazırda Rusiyada 100-dən artıq kahı sortu əldə edilmiĢ və müxtəlif rayonlarda əkin sahələri
təĢkil edilmiĢdir.
Dostları ilə paylaş: