Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə651/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   647   648   649   650   651   652   653   654   ...   730
MollabaĢı (Çobanyastığı) – Chamomilla recutita (L.) Rauschert. 
 
Dünya  florasının  tərkibində  çobanyastığının  50  növü  yayılmıĢdır.  Cinsin  Qafqazda  3,  o 
cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. 
Botanika  elmində  iĢlədilən  bitki  adlarının  nomenklaturasında  dərman  çobanyastığı  baĢqa 
adla,  yəni  səhv  olaraq  ―vulgare‖  kimi  təqdim  edilmiĢdir.  Sonralar  1708-1777-ci  illərdə  yaĢamıĢ 
alman  botaniki Haller bitkiyə matircaria‖ adı vermiĢdir. Matircaria latın sözü olub  «balalıq» və 
«uĢaqlıq»,  «mater» isə  «ana» mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik 
olduğunu  qeyd  edərək  bildirir  ki,  bitki  ilə  bir  çox  xəstəlikləri,  o  cümlədən  də  «uĢaqlığı»  müalicə 
edirmiĢlər. Bitkinin növ adı isə «rectuta»dır (recutitus - hamar, çılpaq sözlərindən götürülmüĢdür). 
Qədim  romalılar  isə  bitkiyə  «chamaemelon»  adı  vermiĢlər.  «Chamai»  alçaq,  «melon»  isə  «alma» 
mənalarını  daĢıyır.  Bir  sıra  botaniklər  çobanyastığının  incə  və  xoĢ  ətirli  odluğunu,  sanki  ağacda 
yenicə  yetiĢmiĢ  almanın  iyini  xatırlatdığını  qeyd  edirlər.  Lakin  Dioskorid  və  Pliniyə  görə  isə 
təssüflər  olsun  ki,  bitkinin  iyi  almanın  qoxusunu  xatırlatmır.  Bitkinin  əsl  adı  isə,  yəni  «romaĢka» 
birinci dəfə XVIII əsrdə yaranmıĢdır. Orta əsrlərdə bitkinin latınca adı Anthenus romana, bir qədər 
sonra Chamaemeum romana olmuĢdur.  Buradan da bizə aydın olur ki,  «romaĢka»  sözü  «romana» 
sözündən formalaĢmıĢdır. 
Çobanyastığı qiymətli dərman bitkisi kimi hələ qədim yunan və Roma, eləcə də orta əsr tibb 
alimlərinə  məlum  olmuĢdur.  Ġnqilaba  qədər  apteklərdən  «çobanyastığı  çiçəkləri»  əldə  etmək  üçün 
insanlar uzun yollar qət edirmiĢlər. Dərman bitkilərinə yaxından bələd olan yazıçı M.B.Retov «Rus 
dərman  bitkiləri»  əsərində  yazır  ki,  tacirlər  dünyanın  müxtəlif  ölkələrindən  külli  miqdarda 
çobanyastığı toplayıb Almaniyaya, oradan da Rusiyaya gətirərək çox baha qiymətə satırmıĢlar. 
Dərman, kosmetika və boyaq sahəsində istifadə olunan ən qiymətli növü isə adi çobanyastığı 
(mollabaĢı) - Chamomilla recutita  (L.)  Rauschert. hesab edilir. Bu, hündürlüyü 15-30 sm-ə qədər 
olan,  kökü  saçaqlı  birillik  ot  bitkisidir.  Gövdəsı  düzduran  əsas  hissədən  çoxsaylı  budaqlanandır. 
Yarpaqları  növbəli  üçər  lələkvari  uzunluğu  5  sm,  eni  1,8  sm  qalxanvari  iti  olub  qurtaracağı 
oturaqdır.  Çiçəklərinin  orta  hissəsində  sarı  boruĢəkilli,  kənarlarında  isə  dilĢəkilli  12-18  ədəd  ağ 
ləçəklərdən  ibarət  olub,  səbətdə  gövdənin  qurtaracağında  toplanmıĢdır.  Meyvəsi  uzunsov 
qonurumtul-yaĢıl  rəngdə  olub,  azca  yuxarıya  doğru  əyilən,  5 
qabırğalı toxumcuqdan ibarətdir. 
1000  ədəd  toxumunun  çəkisi  0,026-0,053  qramdır. 
Bitki  may-sentyabr  aylarında  çiçək  açır, iyunda  toxum  verır. 
Bitkinin bütün hissəsi güclü xoĢ ətirli iyə malikdir. DilĢəkilli 
çiçəkləri  saat  4-də  üfüqi  istiqamət  alıb  açılır,  saat  7-də 
bağlanır.  
Adi 
çobanyastığı  yabanı  halda  çəmənliklərdə, 
düzənlikləıdə,  meĢə  açıqlıqlarında,  çay  və  kanalların, 
bulaqların  kənarlarında,  əkin  sahələrinin  ətrafında,  eləcə  də 
quru  yerlərdə  təsadüf  edilir.  Azərbaycanda  Kür-Araz  ovalığında  geniĢ  yayılmıĢdır.  Bundan  əlavə, 
buna  çöllüklərdə,  yol  kənarlarında  da  rast  gəlmək  olar.  Eyni  zamanda  bitkiyə  yabanı  halda 
Avropanın orta və cənub ərazilərində, Hindistan və Pakistana qədər geniĢ bir sahədə təsadüf edilir. 
ABġ və Avstraliyaya isə baĢqa yerlərdən gətirilmiĢdir. 
Xalq arasında çobanyastığını «yabanı çobanyastığı», «qızartı otu», «romen otu», «roma otu» 
«ana otu», «ənlik otu» və s. adlarla tanıyırlar. 
Müalicə məqsədləri üçün əsasən çiçək səbətindən istifadə olunur. Çiçək səbətinin tərkibində 
40-dan  artıq  komponenti  olan  0,2-0,8%  efır  yağı  tapılmıĢdır  ki,  bunun  da  əsas  tərkib  hissəsini 
xamazulen  (C
14
H
16
,  qatı  göy  rəngli  maye)  təĢkil  edir,  terpen  (C
10
H
15
),  10%-ə  qədər  seskviterpen 
(C
15
H
24
),  20%-ə  qədər  C
15
H
24
O
2
  və  C
15
H
26
O
2
  seskviterpen  spirtləri,  kadinen  (C
15
H
26
,  üç  tsiklli 
spirt), həmçinin kapril, nonil və izovalerian turĢuları aĢkar edilmiĢdir. Bitkidən efır yağından baĢqa 
çiçək  səbətindən  apiin  (C
26
H
28
O
14
),  hidrolizə  uğrayaraq  apigenin  (C
15
H
10
O
5
),  qlükoza  və  apioz, 


260 
 
kversimeritririn  (C
21
H
20
O
2
)  hidroliz  olunaraq  kversetin  (C
25
H
10
O
5
)  və  qlükoza,  proxamazulen 
matrisin  (C
17
H
22
O
5
),  matrikarin  (C
17
H
22
O
5
),  umbelliferon  və  onun  metil  efıri  -  qerniarin, 
dioksikumarinbirdən  triakantin,  (C
30
H
62
O
5
),  nikotin  turĢusu,  taraksasterol  (C
30
H
50
O),  xolin, 
fıtosterin və onun qlükozidi, salisil turĢusu, qliserid piy turĢusu, olein, palmitin və stearin turĢuları, 
C  vitamini,  karotin,  acımtıl  maddə,  selik,  qatran  və  s.  tapılmıĢdır.  Bundan  əlavə  səbət  çiçəkləri 
tərkibindən  10,57%  kül, mq/q  olmaqla:  41,8  -  K,  83,0  -  Ca,  3,1  -  Mg,  0,3  -  Fe  makroelementləri, 
(MSK) 0,29 - Mn, 0,78 - Cu, 0,8 - Zn, 0,16 - Co; 0,09 - Cr, 0,27 - Al, 0,2 - Ba 0,08 - V, 7,2 - Se, 
0,24 - Ni, 0,12 - Sr, 0,07 - Pb, 0,07 - S və s. mikroelementləri müəyyən edilmiĢdir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   647   648   649   650   651   652   653   654   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin