Elmi redaktorlar amea-nın müxbir üzvləri


Yığılması  və  qurudulması



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə654/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   650   651   652   653   654   655   656   657   ...   730
Yığılması  və  qurudulması.  Çobanyastığı  çiçəkləri  may  ayından  sentyabradək  əllə,  yaxud 
xüsusi  daraqla  yığılır  və  tezliklə  quruducu  peçlərdə  40°C-də  qurudulur.  Çiçəkləri həm  qurudanda, 
həm də saxlayanda günəĢ Ģüasından qorumaq lazımdır. Xammalda efır yağlarının miqdarı 0,3%-dən 
az, nəmlilik 14%-dən çox olmamalıdır. 
Saxlanması.  Çobanyastığı  çiçəkləri  quru,  sərin  və  qaranlıq  yerdə,  kip  bağlanan  taxta  və 
karton qutularda saxlanılır. Saxlama müddəti bir ildir. 
Biz isə ilk dəfə olaraq çobanyastığının səbət çiçəklərindən boyaq ekstraktı hazırlayıb yun və 
ipək məmulatlarını sarı, tünd-sarı, parlaq-sarı, qızılı-sarı, sarı-narıncı, narıncı, narıncı-yaĢıl, narıncı-
qızılı,  parlaq-narıncı,  firuzəyi-yaĢıl,  tütünü-yaĢıl,  tütünü-qəhvəyi,  açıq  qəhvəyi,  yaĢılımtıl-tütünü, 
zeytunu və s. rəng və çalarlara boyadıq. 
Təbii  halda  yayıldıqları  ərazilərin  hər  hektar  sahəsindən  2-60  sentnerə  qədər,  əkilən 
sahələrdən  isə  4-12  sentner  quru  xammal  əldə  etmək  olar.  Əkilən  sahədən  ildə  4-5  dəfə  xammal 
(çiçək səbəti) tədarük olunur. 
Amerika  qitəsində  aptek  çobanyastığının  müalicəvi  xüsusiyyətlərinə  oxĢar  Chamomilla 
növünə təsadüf olunur. 
Çəmən çobanyastığı Azərbaycan xalqının ən sevimli çiçəklərindən biri sayılır. Xalq arasında 
gəlinlər,  yaĢlı  qızlar  ondan  çələng  hazırlayıb  saçlarına  düzür,  dil  Ģəkilli  çiçəklərini  bir-bir  qoparıb 
sevir-sevmir  deyə  özlərinə  təskinlik  verirlər.  Aptek  çobanyastığı  çiçəklərinin  iri,  yarpaqlarının 
lələkvarı formasına görə çəmən çobanyastığından fərqlənir. 
Müalicə məqsədləri üçün çəmən çobanyastığını çiçək açan dövrdə toplayırlar. 
Çəmən  çobanyastığmdan  hazırlanan  preparatlardan  qankəsici,  ağrıkəsici,  soyuqdəymə  və 
sidikqovucu, qurdqovucu vasitə kimi, spazma əleyhinə istifadə edilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   650   651   652   653   654   655   656   657   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin