Elmi redaktorlar amea-nın müxbir üzvləri


Xalq təbabəti, elmi təbabət və kosmetikada istifadəsi



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə653/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   649   650   651   652   653   654   655   656   ...   730
Xalq təbabəti, elmi təbabət və kosmetikada istifadəsi. 
Çobanyastığı  çiçəklərindən  müalicə-profılaktika  və  kosmetika  məqsədilə  dünyanın  əksər 
ölkələrində  istifadə  edilir.  Çiçəklər  dəmləmə,  biĢirmə,  toz  və  digər  Ģəkildə  ayrıca  və  yaxud 
mürəkkəb qarıĢıqlar tərkibində tətbiq olunur. 
Təzə hazırlanmıĢ dəmləməsi yaxud biĢirməsi antiseptik, antiiltihab, spazmolitik, ağrıkəsici, 
antiallergetik,  sakitləĢdirici  vasitə  kimi  mədə-bağırsaq,  dəri,  ağız  boĢluğu,  tənəffüs  yolları,  qadın 
xəstəlikləri və digər xəstəliklər zamanı tətbiq edilir. 
Çobanyastığı  dəmləməsi  spazmolitik  vasitə  kimi  kəskin  və  xroniki  qastritlər,  mədə  və 
onikibarmaq bağırsaq xorası, bağırsaqlarda qıcqırma ilə müĢayiət edilən xroniki spazmatik kolitlər 
və enterokolitlər zamanı iĢlədilir. 
Dəmləmə  hazırlamaq  üçün  15  q  çiçək  xammalı  emal  örtüklü,  yaxud  paslanmayan  metal 
qaba  yerləĢdirilir,  üzərinə  1  stəkan  (200  ml)  qaynar  su  əlavə  edilir,  qabın  qapağını  qoyur  və  «su 
hamamında» (içində çobanyastığı çiçəkləri və su olan kiçik qab, su ilə doldurulmuĢ digər iri qaba 
yerləĢdilir) 30 dəqiqə qızdırılır. Sonra dəmləmə otaq temperaturunda 10 dəqiqə soyudulur, süzüliir, 
çiçəklər sıxılır. Dəmləmənin həcmi qaynar su ilə 200 ml-ə çatdırılır və istifadə edilir. Dəmləmənin 
saxlama müddəti 2 sutkadır. 
Ağrılar,  qıcqırma  və  ürəkbulanma  ilə  müĢayiət  edilən  mədə  və  onikibarmaq  bağırsaq 


261 
 
xorasının, hiperasid qastritin müalicəsində çobanyastığı dəmləməsi 1 xörək qaĢığı olmaqla gündə 5-
6 dəfə yeməkdən əvvəl təyin edilir. 
Alman alimi R.F.Veiss (R.F.Veiss, 1974) mədə və onikibarmaq bağırsaq xorasını «silindrik 
müalicə»  üsulu  ilə  müalicə  etməyi  təklif  edir.  Bu  üsula  görə,  gündə  3  dəfə  yeməkdən  15  dəqiqə 
əvvəl çobanyastığı dəmləməsi 200 ml miqdarında içilir. Xəstə dəmləməni içdikdən sonra 5-10 dəq 
müddətində  bədənin  3  tərəfı  (sol  böyür,  arxa,  sağ  böyür)  üstə  növbə  ilə  uzanmalıdır  ki,  dəmləmə 
mədənin  selikli  qiĢasını  hər  tərəfdən  islatsın,  ağrı  hissini  aradan  qaldırsın,  zədələnmiĢ  yerləri 
dezinfeksiya etsin. Bu üsulla müalicə 1-2 ay davam etdirilməlidir. 
Kəskin  və  xroniki  qastritləri,  mədə  və  onikibarmaq  bağırsaq  xorasını,  kolitlər  və 
enterokolitləri,  müalicə  edərkən,  çobanyastığını  gülümbahar  və  boymadərən  çiçəkləri  ilə 
qarıĢdırdıqda  daha  yaxĢı  nəticələr əldə  edilir.  Bu  zaman  xəstələrdə ağrı  hissi,  gəyirmə,  meteorizm 
aradan qalxır, öd ifrazı güclənir, iĢtah artır, xəstələrin əhvalı yaxĢılaĢır. 
Mədə  xəstəlikləri  zamanı  çobanyastığını  dazıotu,  boymadərən  və  cökə  çiçəkləri,  nanə 
yarpaqları,  kətan  toxumları,  yaxud  bağayarpağı  toxumları  seliyi  ilə  birgə  qarıĢığı  çox  vaxt  yaxĢı 
nəticə verir. 
Çobanyastığı preparatları qara ciyər və öd yolları xəstəlikləri, sarılıq zamanı öd axarlarının 
spazmasını  aradan  qaldırır,  öd  axınını  gücləndirir,  iltihabı  azaldır.  Sarılıq  xəstəliyi  zamanı  xalq 
arasında  deyilir  ki,  tezliklə  «xəstə  ödü»  qovmaq,  bağırsaqlara  sağlam  ödün  axmını  təmin  etmək 
lazımdır.  Bunun  üçün  çobanyastığının  solmazçiçəyi  ilə  bərabər  miqdarda  götürülmüĢ  qarıĢığından 
hazırlanmıĢ çaydan gündə 1-2 stəkan içmək lazımdır. 
Bağırsaqların  spazması,  meteorizm  zamanı  çobanyastığı  dəmləməsi  2-3  xörək  qaĢığı 
olmaqla gündə 3-4 dəfə içilir. Bu məqsəd üçün çobanyastığının digər bitkilərlə qarıĢığı daha effektli 
təsir  göstərir.  Bunun  üçün  çobanyastığı  çiçəkləri,  piĢikotu  kökümsovları,  nanə  yarpaqları,  cirə  və 
razyana  toxumları  ilə  bərabər  miqdarda  qarıĢdırılır.  Həmin  qarıĢıqdan  1  xörək  qaĢığı  götürülür,  1 
stəkan  qaynar  suda  30-40  dəqiqə  ərzində  adi  çay  kimi  dəmlənir,  30  dəqiqə  saxlanır,  süzülür  və 
alınmıĢ dəmləmə yarım stəkan olmaqla gündə 2 dəfə (səhər və axĢam) qəbul edilir. 
Tərkibində çobanyastığı çiçəkləri olan digər bitki qarıĢığı qazqovucu vasitə kimi daha geniĢ 
istifadə edilir. Həmin qarıĢığın tərkibinə 6 hissə çobanyastığı çiçəkləri, 4 hissə piĢikotu kökümsovu, 
1  hissə  cirə toxumu  daxildir.  Dəmləmə  hazırlamaq  üçün  1  xörək  qaĢığı  qarıĢığın  üzərinə  1  stəkan 
qaynar su tökülür, 30 dəqiqə isti yerdə saxlanılır, süzülür və yarım stəkan olmaqla səhər və axĢam 
qəbul edilir. 
Fransada  çobanyastığının  gövdəsindən  hazırlanan ekstraktdan  həzm  pozuntularında,  kəskin 
yorğunluqlarda, fiziki gərginliklərin aradan qaldırılmasında, PolĢada iĢtahanın artırılmasında, mədə-
bağırsaq xəstəliklərinin, eyni zamanda kəskin ağrıların aradan qaldırılmasında, xüsusən qadınlarda 
aybaĢının normal hala salınmasında istifadə olunur. 
Dərman  bitkilərinin  mükəmməl  bilicilərindən  A.D.Turova,  E.N.Sapojnikova  meteorizm 
əleyhinə  aĢağıdakı  bitki  qarıĢığını  təklif  edirlər.  Çobanyastığı  çiçəkləri,  razyana  toxumları, 
hərəsindən  10  q,  gülxətmi,  biyan  kökləri  və  nanə  yarpaqları  hərəsindən  20  q  miqdarında  
qarıĢdırılır.  2  xörək  qaĢığı  qarıĢığı  2  stəkan  qaynar  su  ilə  dəmləyib,  yarım  stəkan  olmaqla  gün 
ərzində 4 dəfə qəbul edilir. 
Hemorroidal  (babasil)  düyünlərin  iltihabı,  paraproktitlər  zamanı  çobanyastığı  biĢirməsinin 
(6,0:200,0)  üzərinə  1  xörək  qaĢığı  bitki  yağı  (zeytun,  qarğıdalı  yaxud  günəbaxan)  əlavə  edir, 
təmizləyici emulsion imalə edilir. Hemorroidal ĢiĢlərin, düz bağırsaq abseslərinin (irinliyin) üzərinə 
çobanyastığı dəmləməsinin isti kompresini qoymaq məsləhətdir. 
Kolitlər,  proktitlər,  paraproktitlər,  babasil,  prostat  vəzinin  iltihabı  zamanı  çobanyastığı 
çiçəklərinin  biĢirməsi,  yaxud  onun  gülümbahar  və  boymadərən  bitkiləri  ilə  qarıĢığı  müalicəvi 
mikroimalə (30-50 ml) Ģəklində təyin edilir. 
Antiiltihab,  dezinfeksiyaedici,  ağrıkəsici,  dezodaredici  bir  vasitə  kimi  çobanyastığı 
dəmləməsindən  stomatitlər,  gingivitlər,  tonzillitlər,  laringitlər,  faringitlər,  ağız  boĢluğu  selikli 
qiĢasının göbələk xəstəliyi zamanı, ağızdan pis iy gəldikdə istifadə edilir. Bu zaman ağız boĢluğu, 
boğaz  gündə  4-5  dəfə  qarqara  edilir.  Qarqara  üçün  çobanyastığının  cökə  çiçəkləri  ilə  bərabər 
miqdarda götürülmüĢ qarıĢığından hazırlanmıĢ dəmləmə istifadə edilir. 


262 
 
Soyuqdəymələr  zamanı  tərlədici  vasitə  kimi  çobanyastığı  dəmləməsi  1  stəkan  miqdarında 
isti halda qəbul edilir. 
UĢaqlarda  soyuqdəymələrdən  sonra  yaranmıĢ  irinli  qulaq  xəstəliklərinin  müalicəsi  zamanı 
aptekdən  alınmıĢ  3%-li  hidrogen-peroksid  məhlulunun  çobanyastığı  dəmləməsi  ilə  eyni  miqdarda 
götürülmüĢ  qarıĢığı  istifadə  edilir.  Xəstə  qulaq  həmin  qarıĢıq  ilə  gündə  3-4  dəfə  yuyulur.  Qulaq 
yuyulduqdan  sonra  pambıq  tamponla  tıxanır.  Bronxial  astma  zamanı  yüngül  sakitləĢdirici  və 
spazma  əleyhinə  bir  vasitə  kimi  tutmaların  («pristup»ların)  qarĢısını  almaq  məqsədi  ilə  xəstələrə 
gecə stəkanın 1/3 hissəsi qədər isti dəmləmə verilir. 
Bronxial  astma,  ağ  ciyərlərin  və  bronxların  iltihabı,  qrip  və  digər  kəskin  respirator 
xəstəliklər zamanı çobanyastığı dəmləməsinin həm də inqalyasiyası təyin edilir. 
Burun  boĢluğu  selikli  qiĢasının  iltihabı  (rinit,  zökəm)  zamanı  çobanyastığı  dəmləməsindən 
boĢluqların  yuyulması  üçün  istifadə  edilir.  Dəmləmə  həm  də  burun  içi  furunkullar,  ekzemalar 
zamanı  isti  tamponlar  Ģəklində  tətbiq  edilir.  Rinit  zamanı  əzilmiĢ  çobanyastığı  çiçəkləri  burun 
boĢluqlarına yeridildikdə faydalı olur. 
Yuxusuzluq  zamanı  yatmazdan  30  dəqiqə  əvvəl  içilmiĢ  1  stəkan  çobanyastığı  dəmləməsi 
dərin yuxuya getməni təmin edir. 
Podaqra  xəstəliyinin  kəskinləĢməsi,  oynaqların  iltihabı  zamanı  çobanyastığı  çiçəklərinin 
biĢirməsinin  (20  q  1  litr  suda)  ümumi  və  yerli  vannası  tətbiq  edilir.  Həmçinin  ağrıyan  nahiyələrə 
çoxqatlı  tənziflə  islatma  («primoçka»)  yaxud  kompres  qoyulur.  Bunun  üçün  tənzif  çobanyastığı 
biĢirməsində  isladılır  və  oynaqların  üzərinə  qoyulur.  Bundan  əlavə,  oynaqlara  və podaqra  mənĢəli 
ĢiĢlərə  içərisinə  isti  çobanyastığı  çiçəkləri  yerləĢdirilmiĢ  torbalar  qoyulur,  üstü  polietilen,  yaxud 
perqament kağızı ilə örtülür və yun parça ilə 1-2 saat müddətinə bağlanır. 
Əllərdəki  və  ayaqlardakı  podaqralı  ĢiĢlərin  müalicəsində  çobanyastığı  biĢirməsi  və  xörək 
duzu  qarıĢığı  istifadə  edilir.  QarıĢığı  hazırlamaq  üçün  200  q  çiçəyin  üzərinə  10  litr  su  tökülür,  5 
dəqiqə  müddətində  vam  od  üzərində  qaynadılır  və  onun  üstünə  200  q  duz  əlavə  edilir.  Əllərə  və 
ayaqlara isti vanna qəbul edılir. 
Xalq  təbabətində  revmatizm  mənĢəli  iltihablar,  podaqra,  nevralgiyalar,  miozitlər  zamanı 
çobanyastığının  gəndalaĢ  çiçəkləri  ilə  qarıĢığından  istifadə  edilir.  Bunun  üçün  bərabər  miqdarda 
götürülmüĢ  çiçəklər  parça  torbaya  doldurulur,  içərisində  cüzi  miqdarda  qaynar  su  olan  qaba 
yerləĢdirilir və qızdırılır. Qabda o qədər su olmalıdır ki, çiçəklər islansın və qabın dibində də cüzi 
su qalsın ki, torba və çiçəklər yanmasınlar. 10-15 dəqiqədən sonra isti torba ağrılı yerlərə qoyulur 
və qalın parça ilə bağlanılır. Bu vasitə ilə furunkulu, diĢ dibi ĢiĢləri («flüs»), diĢ, bel, baĢ ağrılarını 
müalicə etmək olar. 
Xalq təbabətində qıcolma, miqren zamanı çobanyastığı çiçəklərinin tozu 0,2 q miqdarında, 
gündə 3-4 dəfə yeməkdən 2-3 saat sonra qəbul edilir. 
Çobanyastığı  çiçəklərinin  dəmləməsindən  irinli  yaraların,  xoraların  yuyulmasında,  göz 
xəstəliklərinin müalicəsində istifadə edilir. 
Gözdə itdirsəyi xəstəliyi (göz qapaqlarındakı tər və piy vəzilərinin iltihabı) zamanı qapaqlar 
qızarır,  ĢiĢir  və  2-3  gündən  sonra  ĢiĢginlik  irinli  kisəciklə  əvəz  olunur.  Ġrinləmənin  yaranmasının 
qarĢısını  almaq  üçün  göz  üzərinə  çobanyastığı  dəmləməsində  isladılmıĢ  pambıq  tampon  qoymaq 
məsləhət görülür. 
Müxtəlif  qadın  xəstəliklərinin  (ağrılı  aybaĢılar,  aybaĢıların  gecikməsi,  uĢaqlıqdan 
qanaxmalar,  uĢaqhq  boynunun  eroziyası,  kolitlər,  vağinitlər  və  s.)  müalicəsində  çobanyastığı 
dəmləməsi  həm  daxilə  qəbul  edilir,  həm  də  cinsiyyət  orqanlar  Ģırınqa  («sprintovka»)  edilir. 
AybaĢıların  gecikməsi  zamanı  çobanyastığı  çiçəklərinin  (40  q),  nanə  yarpaqlarının  (40  q)  və 
piĢikotu  kökümsovlarının  (30  q)  qarıĢığından  hazırlanmıĢ  dəmləmə  tətbiq  edilir.  1  xörək  qaĢığı 
qarıĢıq  1  stəkan  qaynar  su  ilə  dəmlənir,  30  dəqiqə  isti  yerdə  saxlanılır  və  isti  halda  yarım  stəkan 
olmaqla səhər və axĢam içilir. 
Tibbi  ədəbiyyatlarda  çobanyastığının  allergik  xəstəliklərin,  xüsusən  uĢaqlarda  diatezlərin, 
müxtəlif  dəri  səpkilərinin  müalicəsində  müvəffəqiyyətlə  istifadə  edilməsi  barədə  məlumat  vardır. 
Bunun  üçün  çobanyastığı  dəmləməsinin  vannası  tətbiq  edilir,  yaxud  dərinin  zədələnmiĢ  yerlərinə 
kompres qoyulur. Dəri zədələnmələri bütün bədəndə olduqda iri vanna isti su ilə doldurulur, üzərinə 


263 
 
çobanyastığı biĢirməsi (500 q çiçək 5 litr suda 10 dəqiqə qaynadılır) əlavə edilir. Yarım vanna üçün 
250 q, oturaq vanna üçün 150 q, ayaq vannası üçün isə 100 q tətbiq edilir. Çobanyastığı vannaları 
həm də əsəbləri sakitləĢdirir, qıcolmaları aradan qaldırır. 
Ekzema, üzün yağlı seboreyası, dəri yaraları, xoraları, rentgen Ģüalarından sonrakı yanıqlar, 
göz qapaqlarının iltihabı zamanı çobanyastığı dəmləməsi ilə islatma yaxud kompres çox faydalıdır. 
Üz  dərisinin  müxtəlif  qıcıqlanmaları  və  iltihabı,  sızanaqlar  zamanı  çobanyastığı, 
boymadərən,  qatırquyruğu,  nanə  və  sürvə  bitkilərinin  bərabər  miqdarda  götürülmüĢ  qarıĢığından 
hazırlanmıĢ  dəmləmə  müalicəvi  təsir  göstərir.  Dəmləmə  hazırlamaq  üçün  1  xörək  qaĢığı  qarıĢığın 
üzərinə 1 stəkan qaynar su əlavə edilir, 30 dəqiqə isti yerdə saxlanılır, süzülür və zədələnmiĢ dərinin 
üzərinə islatma qoyulur. 
Çobanyastığı çiçəkləri yuxarıda göstərilənlərdən savayı digər bitkilərlə birlikdə ateroskleroz, 
hipertoniya,  böyrək  və  sidik  yolları,  xroniki  pankreatit,  saçların  tökülməsi  və  s.  xəstəliklərin 
müalicəsində müvəffəqiyyətlə istifadə edilir. 
Rumıniya  Respublikasında  «Romazulan»  adlı  preparat  buraxılır.  Tərkibinə  96  ml 
çobanyastığı ekstraktı, 0,3 ml çobanyastığı efır yağı və 4 q tvin-80 (emulqator kimi) daxildir. Ondan 
antiiltihab,  antiseptik,  dezodoredici  bir  vasitə  kimi  anginalar,  xroniki  tonzillitlər,  laringitlər, 
faıingitlər,  gingivitlər,  qlossitlər,  diĢ  xəstəlikləri  zamanı  və  həmin  xəstəliklərin  profılaktikası 
məqsədi ilə istifadə edilir. 
Bunun üçün 0,5-2 çay qarıĢığı «Romazulan» 1 stəkarı isti suda həll olunur, ağız boĢluğu və 
boğaz gündə 4-5 dəfə yeməkdən sonra qarqara edilir. Həmin məhlul dəri xəstəlikləri, neyrodermit, 
övrə, yara, xoralar zamanı, həĢəratlar diĢlədikdə xaricə kompres Ģəklində tətbiq edilir. 
«Romazulan»  məhlulundan  kolpitlər,  vaginitlər,  uĢaqlıq  boynunun  eroziyası,  uretritlər, 
sistitlər,  prostat  vəzi  və  digər  xəstəliklər zamanı  imalə  və  Ģırnaq  (2  xörək  qaĢığı  +  1  litr  su)  üçün 
istifadə edilir. 
Qastritlər,  duodenitlər,  kolitlər,  meteorizmlə  müĢayiət  edilən  bağırsaq  nasazlıqları  zamanı 
«Romazulan» məhlulu daxilə qəbul edilir. Bunun üçün 0,5 çay qaĢığı məhlul 1 stəkan isti suda həll 
edilir və gündə 2-3 dəfə içilir. 
Bir çox ölkələrdə qızlar və qadınlar arasında çobanyastığı çiçəklərindən kosmetik məqsədlər 
üçün  geniĢ  istifadə  edilir.  Məsələn,  PolĢada  qadınlar  həftədə  4  dəfə  üzlərini  çobanyastığının  tünd 
dəmləməsi  ilə  yuyurlar  (bu  zaman  üzü  qurutmurlar).  Bundan  baĢqa  üz  dərisinə  xüsusi  gözəllik, 
hamarlıq, zəriflik vermək üçün qonaqlığa, Ģənliyə, mədəni istirahətə çıxmazdan bir neçə saat əvvəl 
üz üçün çobanyastığı maskası hazırlanır. 
Çobanyastığı dəmləməsi üz dərisini dezinfekslya edir, qıcıqlanmaları aradan qaldırır, həssas 
dəriyə müsbət təsir edir, tonusu artırır, kəpəklənmənin qarĢısını alır. 
Yorğun və qızarmıĢ göz qapaqlarını gündə 2 dəfə (səhər və axĢam) çobanyastığı dəmləməsi 
ilə yumaq faydalıdır. Çobanyastığı dəmləməsi ilə islatma qoyduqda göz altındakı ĢiĢlər azalır. 
Üz  dərisini  tozdan,  çirkdən  və  tərdən  təmizləmək  üçün  çobanyastığı  dəmləməsi,  spirt  və 
qliserinin 2:2:1 hissə nisbətdə götürülmüĢ qarıĢığından istifadə edilir. 
Ayaqlar tərlədikdə çobanyastığı çiçəklərinin dəmləməsi, yaxud biĢirməsi ilə vanna edilir. Bu 
zaman həm tərləmə azalır, həm də ayaqlardan pis iy çəkilir. Bu məqsəd üçün çobanyastığının 40%-
li spirtdə (1:5) dəmləməsi də istifadə edilə bilər. 
BaĢ  dərisinin  yağlı  seboreyası  zamanı  müalicə  məqsədi  ilə  saçlar  həftədə  2-3  dəfə 
çobanyastığı  dəmləməsi  ilə  yuyulur.  Müalicə  1,5-2  ay  davam  etdirilir.  Müalicəni  bir  müddətdən 
sonra  təkrar  etmək  olar.  Bu  məqsəd  üçün  «Romazulan»  preparatı  da  tətbiq  edilə  bilər.  1  xörək 
qaĢığı  preparatı  500  ml  suya  əlavə  edir,  alınmıĢ  maye  baĢ  dərisinə  sürtülür  və  ondan  saçların 
yuyulması üçün istifadə edilir. 
Ağsaçlı  qadınlar  saçlarına  qızılı  rəng  vermək  üçün  onları  çobanyastığı  dəmləməsi  ilə 
yuyurlar. 
Ətriyyat  sənayesində  çobanyastığı  çiçəklərindən  qidalandırıcı,  vitaminli,  yumĢaldıcı 
kremlər, müxtəlif Ģampunlar, losyonlar hazırlamaq üçün istifadə edilir. Bir  çox ölkələrdə çiçək və 
təzə yarpaqlarından az halda ədviyyat kimi iĢlədilir. 
Çobanyastığının efır yağı likör cövhəri istehsalında da tətbiq edilir. 


264 
 
Bundan  ABġ,  Ġngiltərə,  Bolqarıstan  ölkələrində  tonusartırıcı,  yuxugətirici  çayların 
hazırlanmasında, Fransada isə çaxırların xoĢiyli olmasında istifadə edilir. 
Yadda saxlamaq lazımdır ki, digər bitki vasitələri kimi çobanyastığı vasitələrindən də uzun 
müddət (2-3 ay) istifadə edildikdə yaxĢı nəticələr əldə edilir. 
Nəhayət,  onu  da  xatırlamaq  istəyirik  ki,  ishala  meyilli  xəstələrə  çobanyastığı  vasitələri 
ehtiyatla  verilir;  onun  dəmləməsi  bəzi  adamlarda  göz  qızarmasına,  allergik  xarakterli  qaĢınmaya 
səbəb olur. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   649   650   651   652   653   654   655   656   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin