Farmakoloji xassələri. Eksperimental və kliniki məlumatlar. Çobanyastığının efır yağını heyvanlar üzərində təcrübədən keçirərək belə nəticəyə
gəlmiĢdilər ki, reflektor fəaliyyəti gücləndirir, uzunsov beyini oyandırır, ürək ritmini tezləĢdirir,
tənəffüsü dərinləĢdirir, beyin damarlarını geniĢləndirir, böyük dozalarda mərkəzi sinir sistemini
sakitləĢdirir və əzələlərin tonusunu aĢağı salır.
Çobanyastığı çiçəklərinin sulu ekstraktı, dəmləməsi və efır yağı kliniki təcrübələrdə nazik
bağırsağın izolyasiya edilmiĢ bir hissəsinin yığılmasının intensivliyini, tonusunu azaldır,
asetilxolinin və barium xloridin yaratdığı spazmanı aradan qaldırır. Sulu ekstrakt və efır yağı həm
də ödqovucu təsirə malikdir.
Çobanyastığı çiçəkləri preparatlarının bədənə təsiri tərkibindəki fızioloji-aktiv maddələrin
kompleks farmakoloji xassələri ilə bağlıdır.
Çobanyastığı preparatları spazmolitik, antiiltihab, antiseptik (dezinfeksiyaedici),
sakitləĢdirici, ödqovucu, tərlədici, sedativ, zəif ağrıkəsici və s. təsir göstərir. Bağırsaqlarda qıcqırma
və çürümə prosesini azaldır. Qeyd edilmiĢdir ki, çobanyastığının sulu ekstraktı ultrabənövĢəyi
Ģüalar tərəflndən törədilən iltihaba qarĢı zəif ağrıkəsici və güclü antiiltihab təsir göstərir.
Çobanyastığının antiiltihab, dezinfeksiyaedici xassələri efır yağının tərkibindəki xamazulen
ilə bağlıdır. Xamazulen bir çox tədqiqatçıların flkrincə, həm də spazmolitik və antiallergetik təsirə
malikdir.
Çobanyastığının qlikozidləri zəif atropinsayağı təsir göstərərək saya əzələlərin tonusunu
boĢaldır, qarın boĢluğu orqanlarının spazmasını aradan götürür. Qlikozidlərin təsirindən mədə-
bağırsaq Ģirələrinin, ödün ifrazı güclənir, iĢtah artır.
Çiçəklərin sulu ekstraktı qazlı stafılokokkların və hemolitik streptokkların inkiĢafını
dayandırır. Ədəbiyyatda çobanyastığının qazqovucu xassələri barədə də məlumat vardır.
Çobanyastığının efır yağının heyvanlara yeridilmiĢ 0,05-1,0 ml/kq dozası ümumi vəziyyətə,
hemolitik göstəricilərə və daxili orqanlara zəhərli təsir göstərmir, mədə-bağırsaq sistemi
orqanlarının selikli qiĢalarını qıcıqlandırmır. Efır yağının yüksək dozaları isə baĢ ağrıları, ümumi
zəiflik yaradır.