Qızılsəbət – Solidago virgaruea L. S.virgaurea L. gövdəsi düzduran, aĢağı hissəsindən çılpaq, yuxarı hissədən budaqlanan,
çoxillik ot bitkisidir. Gövdənin aĢağı hissəsində yerləĢən yarpaqları uzunsov lansetvari,
yuxarıdakılar isə enli lansetvaridir. Çiçəkləri boru və dilĢəkilli olub, sarı rəngdədir. Səbətciyi
uzunsov süpürgəvari hamaĢçiçəkdir. Ġyul-avqust aylarında çiçək açır, avqust- sentyabrda meyvəsi
yetiĢir.
Adi qızılsəbət Azərbaycanın Quba, Lənkəran rayonlarında
yayılmıĢdır. Bitkiyə orta dağlıq zonalardan baĢlamıĢ, subalp
sahələrə qədər rast gəlmək olar. Qızılsəbətə ən çox meĢəliklərdə,
kolluqlarda, dağ çəmənliklərində, eləcə də bağ və bostan
sahələrində təsadüf etmək olar.
Bitkinin botaniki adı latın sözündən götürülərək «solidare» -
«sağlamlığını möhkəmləndir», «solidum agaere» - «müalicə et,
sağalt» mənasını bildiıir. Bitkinin adı isə qızılsəbət və ya qızıl
çubuq adlanır. Qızılsəbət dərman bitkisi kimi elmə XVI-XVII
əsrlərdən məlum olmuĢdur. Hal-hazırda bir sıra Avropa ölkələrində
ondan hazırlanan preparatların köməyilə bir çox xəstəliklər müalicə olunur.
Dərman məqsədləri üçün bitkinin yuxarı hissəsində yerləĢən və yarpaqlarla əhatə olunan
budaq və hamaĢçiçəklərindən istifadə olunur. Dərman üçün bitkini çiçək açan zaman toplamaq
məsləhətdir. Bitkini çiçəyi solan zaman topladıqda isə qurudulmuĢ xammal didilir, dağılmağa
baĢlayır. ToplanmıĢ xammal daimi mehvuran kölgə yerlərdə qurudulmalıdır.
Qızılsəbət otunun tərkibində efır yağı, flavonoidlər, acımtıl maddə və fenol birləĢmələri
aĢkar edilmiĢdir. Bitkidən hazırlanan cövhər, dəmləmə, məlhəm və preparatlardan bir sıra
xəstəliklərdə - soyuqdəymədə, sidikqovucu, ödqovucu, büzüĢdürücü vasitə kimi istifadə edilir.
Bundan baĢqa bitkidən hazırlanan preparatlar böyrək, sidik kisəsi və öd yollarında olan daĢların
əridilib orqanizmdən kənar edilməsində iĢlədilir. Qızılsəbət preparatlarından istifadə edən zaman
sidiyin qələvilik xüsusiyyətləri artır, bunun nəticəsində urat və oksalat turĢuları parçalanıb həll
olunaraq böyrəkdən təmizlənir. Bundan əlavə bitkinin dəmləmə və cövhərindən sidik kisəsi, prostat
vəzinin xroniki iltihabı, plevrit, pielonefrit və s. xəstəlikləri də müalicə edirlər. YaĢlı, qoca
adamlarda baĢ verən böyrək və sidik pozuntularının aradan qaldırılmasında, qanın təmizlənməsində
və s. istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, qızılsəbətdən uzun müddət istifadə etmək