Tərkibi Ģəkərlə zəngin Stevia – Stevia rebaudiana Bertoni
S. rebaudiana Bertoni bitkisi mürəkkəbçiçəklilər fəsiləsinə aid, hündürlüyü 60-80 sm olan
çoxillik ot bikisidir. Bitkinin güclü inkiĢaf etmiĢ kollanmıĢ yarpaqları cüt-cüt düzülmüĢdür.
Çiçəkləri ağımtıl, xırda olub, kök sistemi yaxĢı inkiĢaf etmiĢdir. Steviyanı müxtəlif torpaq tiplərində
əkib-becərmək olar. Lakin bitki ən çox qumsal, yumĢaq, turĢuluğu zəif (pH 5,5-6,0) olan
torpaqlarda daha yaxĢı inkiĢaf edib bol məhsul verir. Bitki 22-28ºC temperaturda yaxĢı inkiĢaf edir.
Hələ insan Ģəkərin nə olduğunu bilmədikləri bir vaxtda
Amerika qitəsində yaĢayan qədim hindu tayfalarından sayılan
huaranlar qəribə bir bitkidən istifadə edirmiĢlər. Belə ki, bu bitkinin bir
cüt yarpağını fincanın içərisinə atdıqda kəskin Ģirin dada malik içki
əldə edilirdi. Huaranlar bu bitkini ―kao-exo‖ – Ģirin ot və ya ―bal
yarpağı‖ adlndırmıĢlar. Elmi mənası isə stevil deməkdir.
Bal yarpağı. Cənubi Amerika hinduları qısqanclıq edərək uzun
müddət bu bitkinin faydalı xüsusiyyətləri haqqında məlumatları sirr
olaraq saxlamıĢlar. Lakin 1887-ci ildə təbiətĢünas Antonio Bertoninin
səyi nəticəsində dünya xalqları bu bitkinin gizli sirləri haqqında
məlumat almağa baĢladılar. Dünya florasının tərkibində Stevia cinsinin
300-dən artıq növü yayılmıĢdır. Lakin bu növlərin içərisində ancaq bir
növünün - Stevia rebaudiana Bertoni-nin tərkibində zəngin Ģəkər maddəsi aĢkar edilmiĢdir.
Bir sıra ölkələrin xalqları bitkinin tərkibində zəngin Ģəkər təbiətli maddələrin olmasını
nəzərə alaraq steviya bitkisinə maraq göstərməyə baĢlamıĢlar. Belə ki, keçən əsrin 60-cı illərində
bitkini Cənubi-ġərqi Asiyada (Yaponiya, Vyetnam, Çin, Sinqapur), eləcə də Avropa ölkələrindən
Rusiyada, Bolqarıstanda, Portuqaliyada, Ukraynada, Moldovoda və s.-də steviya bitkisi əkilib-
becərilməyə baĢlamıĢdır. Steviyadan hazırlanan müxtəlif növ içkilərin insan orqanizmi üçün heç
bir mənfi təsir göstərmədiyi aĢkar edilmiĢdir. Bundan baĢqa tibb mütəxəssisləri ondan istifadə
etməyi məsləhət görmüĢlər.