267
həmçinin qlükoza, saxaroza, stevinol və bir sıra baĢqa mürəkkəb birləĢmələr də aĢkar edilmiĢdir.
Ekstraksiya yolu ilə steviidın steviozid maddəsi alınır ki, bu da Ģirinliyinə görə Ģəkər
çuğundurundan 200-300 dəfə Ģirin olur. Steviozid hal-hazırda bizə məlum olan təbii məhsullardan
ən yüksək Ģirinliyi ilə fərqlənir. Onun Ģəkərdən fərqi ondan ibarətdir ki, o çox az kaloriliyə malik
olması ilə yanaĢı, qanda qlükozanın artmasının qarĢısını alır. Buna görə də steviya Ģəkəri əvəz
etməklə yanaĢı, insanların sağlamlığında əvəzolunmaz rol oynayır. Steviyanın tərkibindəki
mürəkkəb üzvi birləĢmələr maddələr mübadiləsinin nizama salınmasında, ürək-damar
pozuntularında, mədə və onikibarmaq bağırsağın soyuqdəymələrində, qan-damar sisteminin
(dövranının) möhkəmləndirilməsində, qanda olan ―pis xolesterin‖in azaldılmasında,qara ciyər,
mədəaltı vəzin və öd kisəsinin normal iĢləməsində mühüm rol oynayır.
Asetilsalisil turĢusu butadion və bir sıra soyuqdəymələrə qarĢı istifadə edilən dərman
preparatlarını stevillə birlikdə qəbul etdikdə mədə-bağırsaq divarlarının zədələnmələrinin qarĢısı
alınır. Hazırda stevildən hazırlanan ekstraktla orqanizmdən nikotin və spirtli içkilərin kənar
edilməsində istifadə edilir. Stevilin tərkibində çoxlu miqdarda vitamin qrupu, mineral maddələr,
eləcə də qiymətli bioloji fəal maddələrlə zəngin olduğundan meyvə və tərəvəzdən az istifadə edilən
Ģimal zonalarında yaĢayan əhalinin stevil bitkisindən daha çox istifadə etmələri məsləhət görülür.
Dostları ilə paylaş: