Steviya kulinariyada. Steviyanın yarpaqlarının tərkibində olan ətirli ədviyyə xüsusiyyətli maddələr öz tərkiblərinə
görə qəhvə və darçına yaxın olduğundan onu xörəklərin tərkibinə əlavə edirlər. Ondan xoĢ ətirli
müxtəlif xörəklər hazırlanır. Qəhvə və çay kimi dəmlənib içilir.
Vələmir və almadan bulkanın hazırlanması. 1 stəkan buğda unu, 1 stəkan vələmir lopası,
çay qaĢığınən 1/2 hissəsi qədər duz, 3 çay qaĢığı yumĢaldıcı, 2 çay qaĢığı darçın, 1xörək qaĢığı
steviya poroĢoku, 1 ədəd yumurta, stəkanın 3/4 hissəsi qədər süd, stəkanın 1/4 hissəsi qədər bitki
yağı, 1 ədəd xırda doğranmıĢ alma, stəkanın 3/4 hissəsi qədər üzüm götürün. Götürdüyünüz
komponentləri iki yerə bölüb yaxĢı qarıĢdırın, sonra hər iki qarıĢığı yenidən birləĢdirib yaxĢı
qarıĢdırın. Xəmiri formaya salıb, üzərinə yağ yaxıb duxovkaya qoyun, 200ºC temperaturda 15-20
dəqiqə saxlayıb götürün.