Əkin kahısı – Lactuca sativa L.
Kahı sözünün mənası latınca Lactuca «süd» deməkdir. Belə ki, bitkinin tərkibində
südəoxĢar, acımtıl qlükozid - laktusindən ibarət birləĢmənin olması ilə xarakterizə olunur. Salat
hazırlanan bitkilər insanlar tərəfindən uzun müddət aparılan seleksiya iĢlərinin nəticəsində
yaradılmıĢdır.
Bunlara misal olaraq kahını (yarpaq və baĢ), yolotunu, kələmi, xardal yarpağını və s.
g
östərmək olar. Bunların içərisində ən çox yayılanı mədəni halda əkin kahısıdır (L. sativa L.). Əkin
kahısı Mərkəzi Avropa, Kiçik Asiya ölkələrinin ərazilərində, eləcə də Rusiyanm orta və cənub
ərazilərində yabanı halda yayılmıĢdır. Bitkinin çoxlu
formalarına təsadüf edilir.
Əkin kahısı, kahının yabanı formalarının bir-biri ilə
çarpazlaĢdırılması nəticəsində əldə olunmuĢdur.
Hazırda dünyanın müxtəlif ölkələrində qiymətli tərəvəz
bitkisi kimi 5 növmüxtəlifliyindən və onlardan alınan 1000-dən
çox sort və formalarından istifadə edilir. Kahı cinsinin təsnifatı
ilk dəfə 1753-cü ildə K.Linney tərəfindən verilmiĢdir.
K.Linney kahının 2 növmüxtəlifliyi haqqında məlumat
vermiĢdir. Lakin 1960-cı ildə botanik T.V.Zizqunova Lactuca cinsinin 5 növmüxtəlifliyinin
təsnifatı haqqında düzgün elmi məlumatlar vermiĢdir. Hal-hazırda bütün botaniklər T.V.Zizqunov
təsnifatına üstünlük verirlər.
Kahının 5 növmüxtəlifliyi aĢağıdakılardır:
1.
Yarpaq növu (Lactuca sativa var. acephala Alef.) iri, güclü, Ģirəli, pozet yarpaqları olan
kol əmələ gətirir. Müxtəlif irilikdə olan yarpaqlı sortları (Avstraliya, Qrend, Repids,
Rubin) geniĢ surətdə əkilib-becərilir.
2.
Dərilib toplanan növün (Lactuca sativa var. acephala Alef.) rozet yarpaqları kol əmələ
gətirir. Müxtəlif sortları əkilib-becərilir.
3.
BaĢ formalı kahı (L. sativa var. capitata L.) əkilən sortlardan sıx yarpaqları və
baĢcıqlarının uzunsov olmaları ilə bir-birilərindən fərqlənirlər.
4.
Romen kahısı (L. sativa var. remena Lam.). Bunun sortlarının yarpaqları və baĢcıqları
müxtəlif formada və ölçüdə olması ilə fərqlənir.
5.
Qulançarabənzər kahı (L.sativa var. angustana Irish). Uzunsov gövdə və ensiz uzun
254
yarpaqlardan ibarətdir.
Kahı cinsinin növmüxtəlifliklərinin kimyəvi tərkibləri əkildikləri ərazilərin ekoloji
Ģəraitlərindən asılı olaraq müxtəlif tərkibə malik olur. Kahıdan tərəvəz bitkisi kimi bizim eradan
4500 il bundan qabaq misirlilər, yunanlar və romalılar istifadə etmiĢlər. Ruslar isə kahı bitkisi ilə
XVII əsrdə tanıĢ olmağa baĢlamıĢlar.
Kahı qiymətli tərəvəz bitkisi kimi ABġ-da 120 min hektar sahədə, əkilib-becərilir. Hər
hektar sahədən 20 ton yaĢıl kahı məhsulu əldə edilir. Hər il bir Amerika vətəndaĢma orta hesabla 10
kq yaĢıl kahı məhsulu düĢür. Ġtaliyada hər il 750-800 min ton kahı məhsulu əldə olunur ki, bu da
əkilən kökdən 5 dəfə, çuğundurdan 15 dəfə çoxdur. Hollandiyada isə hər il 130 min ton kahı
məhsulu əldə olunur. Bütünlükdə Qərbi Avropa ölkələrindən hər il 1,5 milyon ton kahı məhsulu
tədarük olunur. Dünya bazarlarına kahını əsas ixrac edən ölkələr Hollandiya, Ġtaliya, Fransa,
Ġspaniya hesab edilir. Ġkinci yerləri isə Macarıstan, PolĢa və Kuba tutur.
Hal-hazırda dünyada əkilən 1000-dən artıq kahı sortlarını onların yarpaq və baĢ hissələrinin
iriliyinə, müxtəlif rəng çalarlarına, tez, orta və gec məhsul verdiklərinə, eləcə də kimyəvi
tərkiblərinə görə təsnifatlaĢdırırlar.
Hələ vaxtilə Ġbn Sina kahının yarpaqlarının faydalı xüsusiyyətləri haqqında geniĢ məlumat
vermiĢdir. Bitkinin yarpaqlarından hazırlanan mazdan səpkilərin, Ģirəsindən isə yaraların
müalicəsində geniĢ istifadə edilirdi. Kahı südverən anaların südünün ifrazını artırır, onların döĢ
nahiyələrini yumĢaldır. Yarpaqlarından mədənin, qara ciyərin normal iĢləməsində, yuxusuzluğun
aradan qaldırılmasında istifadə edilir. Heç bir Ģeylə əvəz olunmayan salatından vitamin
çatıĢmazlığında istifadə edlir. Kahı tərkibindəki B, E və K vitamininin çoxluğuna görə heç bir
tərəvəz bitkisi ilə müqayisə olunmur. Yarpağının tərkibində çoxlu miqdarda karotin, askorbin
turĢusu, dəmir, kalsium, fosfor, yod, kobalt, sink manqan və s. maddələr tapılmıĢdır. Kahıdan
hazırlanan salatlardan uĢaqlara, yaĢlılara, ―piylənməyə meylli insanlara‖, pəhriz xörəyi kimi qəbul
etmələri məsləhət görülür.
Bunun Ģirəli yarpaqları ilə soyuqdəymədə, sidik kisəsi xəstəliklərində, həmçinin
qalxanabənzər vəzi pozuntalarının aradan qaldırılmasında istifadə edilir. Kahının yarpağından
alınan Ģirənin 30%-ni kalum elementi təĢkil etdiyindən ürək əzələlərinin iĢini nizama salır, ürəyin
fəaliyyətinə köməklik göstərir. ġirənin ən qiymətli xüsusiyyətlərindən biri də ondan ibarətdir ki,
qanda eritrositlərin əmələ gəlməsinə səbəb olur. Bundan baĢqa kahının yarpağının tərkibində olan
xlorofıl orqanizmdən xolesterini kənar edir və infeksion xəstəliklərin qarĢısını alır. Xlorofıl kahı
yarpağının tünd yaĢıl hissəsində daha çox olur. 100 ml Ģirəsi insanın əsəb və əzələlərinin
fəaliyyətini normaya salır, mədədə həzmi yaxĢılaĢdırır, üz dərisini saflaĢdırmaqla yanaĢı
elastikliyini artırır. Bundan baĢqa kahı Ģirəsi susuzluğu aradan qaldırır, spirtli içki qəbul edənlərin
sərxoĢluğunun dərəcəsini yüngülləĢdirir.
Kahının növmüxtəlifliklərindən alınan sortların kimyəvi tərkibləri də müxtəlifdir. Belə ki,
yarpaq formalı tərəvəz sortunda üzvi maddələrin miqdarı o biri sortlara nisbətən üstünlük təĢkil
edir. Yarpaq formalı kahı sortunda azot maddələri quru çəkinin 20-30%-ni təĢkil edir. Kövrək
yarpaq sortunun tərkibində monosaxarid birləĢmələri o biri sortlara nisbətən daha çoxdur. Yağ
təbiətli formasının yarpaqlarının tərkibində piy maddələri üstünlük təĢkil edir. Kahının yarpaq
formasında çoxlu miqdarda vitamin kompleksi aĢkar edilmiĢdir. Belə ki, yarpaqlarının tərkibində 90
mq% C vitamini, 3 dəfə çox B
1
və B
2
vitaminləri, 16 mq% karotin, nikotin turĢusu PP, rutin (P) və
s. aĢkar edilmiĢdir. YaĢıl yarpaqlarında olan fol turĢusu qan xəstəliyi olan insanların vəziyyətlərinin
yaxĢılaĢmasına yardım edir. Yağda həll olan E vitamininin miqdarı 1,5% təĢkil edir. Yağ çox olan
formalarının yarpaqlarında E vitamininin miqdarı daha çoxdur.
Kahı öz biokimyəvi xüsusiyyətlərinə və genetik vəziyye- tinə görə Ģirin tərəvəz qrupuna aid
edilir. Yarpaqlarının tərki- bindən 2,5-3,8% Ģəkər, çoxlu sulu karbohidratlar, protein, kal- sium,
kalium, demir, narıium, fosfor, amin turĢularından olan manit, asparagin, həmçinin alma, limon,
quzu qulağı, yantar və s. aĢkar edilmiĢdir. Tərkibindəki kalsiumun miqdarına görə kahı bütün
tərəvəz bitkilərinə nisbətən üstünlük təĢkil edir. Mineral duzların miqdarına görə ancaq ispanaqdan
geri qalır. Kahının yarpaqlarından alınan süd Ģirəsinin tərkibində acımtıl laktusin alkaloidi
tapılmıĢdır ki, o orqanizmdə baĢ verən maddələr mübadiləsinin nizama salınmasına, əsəb sisteminin
255
sakitləĢdirilməsinə, yuxunun yaxĢılaĢdırılmasına, qan təzyiqinin normallaĢdırılmasına səbəb olur.
Vitamin kompleksi ilə laktusin qarıĢığından hazırlanan preparatların köməyi ilə qan damarları
divarlarının möhkəmləndirilməsində, hipertoniya, ürək-damar sistemində baĢ verən çatıĢmazlıqların
aradan qaldırılmasında istifadə edilir. Kahının tərkibində sintez olunan xolin antioksidant
xüsusiyyətlərinə malik olduğundan orqanizmdən xolesterinin kənar edilməsində, aterosklerozun
qarĢısının alınmasında, öd vəzinin və qara ciyərin normal iĢləməsinə müsbət təsir göstərir.
Dostları ilə paylaş: |