Çaqqalqanqalından müalicə preparatlarının hazırlanması. Soyuqdəymə, öskürək, bronxial astma zamanı. 3 xörək qaĢığı doğranmıĢ təzə otundan
götürüb termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edin, 2-3 saat saxlayıb süzün. Gündə 3 dəfə,
yeməyə yarım saat qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul edin.
Sistit, uretrit, sidikqovucu vasitə kimi, həmçinin müxtəlif formalı şişlərin cərrahi yolla aradan qaldırılmasından sonra. 3 xörək qaĢığı otundan götürüb 0,5 litr qaynar suya töküb, vam
odun üzərinə qoyub 15 dəqiqə saxlayın. Sonra odun üzərindən götürün və 45 dəqiqə saxlayıb süzün.
Dəmləməni 0,5 litr həcminə gətirib gündə 4 dəfə, yeməyə yarım saat qalmıĢ stəkanın 1/2 hissəsi
qədər qəbul edin. Müalicə kursu 2 həftədir.
Yuxarıda qeyd etdiyimiz xəstəlikləri müalicə etmək üçün, qurudulmuĢ yarpağını poroĢok
(toz) halına salıb gündə 2-3 dəfə, 1 çay qaĢığı qəbul edin.