İkievli gicitkən - Urtica dioica L.Prostatın adenoması zamanı təzə gicitkən növündən
alınmıĢ ekstraktdan və ya poroĢokundan qəbul etməyi məsləhət görürlər. Gicitkənin kökümsovunu
payızın sonunda və yazın əvvəllərində çıxarıb xırda hissələrə doğrayın, ət maĢınından keçirib ĢüĢə
bankaya doldurun, üzərinə çıxana qədər 45%-li araqla doldurun, 2 həftə dəmləyib süzün. Aldığınız
ekstraktdan gündə 2-3 dəfə, yeməkdən sonra bir çay qaĢığı qəbul edin.
Kökümsovundan tozun hazırlanması.YaxĢı qurudulmuĢ kökümsovun sekator ilə uzunluğu
1-2 sm olmaqla xırda hissələrə ayırın ehtiyyatla qəhvəüyüdəndən keçirib toz halına salın. Sonra
aldığınız tozdan 1 çay qaĢığı götürüb gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ qəbul edin. Tozu hər
gün təzə halda hazırlayıb istifadə edin. Uzun müddət gicitkən kökündən hazırlanan toz saxlandıqda
öz müalicəvi təsirini itirir.
Adi fındıq – Corylus avellana L.Müalicə məqsədləri üçün fındığın yarpaq, cavan zoğunun
qabığından, qozun meyvəyanlığından istifadə edilir. Bunun üçün yarpaqlarını yazın ortalarında
toplayıb həmiĢə havası dəyiĢilən zirzəmilərə nazik qat halında sərib qurudun. Cavan zoğlarının
qabığı may-iyun aylarında Ģirə çox olan dövrdə qabıq asan soyulduğu dövrdə toplayın. Topladığınız
xammalı ya günəĢ altında, ya da çardaqda qurudun. Bitkinin qabığında olan efir yağı və digər
bioloji aktiv maddələrdən hazırlanan preparatlardan damardaraldıcı, kapilyarları möhkəmləndirən
və soyuqdəymə əleyhinə vasitə kimi istifadə edilir.
Yadda saxlamaq lazımdır ki, fındığın qabığı arterial hipertoniyaya əks təsir göstərir.