278
vermədiyi üçün ortaya daha təbii bir mənzərə çıxır.
Hazır dolğu maddələri də az vaxta, amma gəncləĢmək istəyi olan insanlar üçündür. Bu
maddələr xüsusən üzdəki çöküklük və qırıĢlar, dodağın incəliyi zamanı tətbiq olunur. Dolğu
maddələrin tətbiqi zamanı üzə sürtülən anestezlik bir dəqiqə ərzində öz müsbət təsirini göstərir.
GəncləĢdirilmənin bir növü də lazer üsuludur. Lazerlə cild gəncləĢdirilməsi ağrısız olmasına
və dəridə qızartı yaratmadığına görə fərqlənir. Müalicə sonrası toparlanmağa ehtiyac olmayan, bir
neçə dəqiqə ərzində tətbiq olunan bu metod da cilddəki hüceyrələri yeniləyərək, daha düzgün, daha
sıx və daha gənc bir dəri görüntüsünü yarada bilər.
Ən ağrılı və əzablı cavanlaĢma metodu isə pilinqdir. Bu zaman üzün dərisinin soyulması ilə
dərinin yeniləĢməsi və gəncləĢməsi baĢ verir. Bu üsul ilə üzdəki qırıĢıqlar cildin tez yaĢlanması,
dəri quruluğu, dəri yorğunluğu aradan qalxır. Eləcə də pilinq sayəsində cild ləkələri, çatlaqlar,
baldır və qarın bölgəsindəki elastiklik itkisi kimi dəri problemləri yox olur. Prosedur nəticəsində
insan ən azı 10 yaĢ cavanlaĢmıĢ kimi görünür.
XXI əsrdə bir çox yeni dəyiĢikliklər baĢ verməsinə baxmayaraq, cavanlaĢmaq eĢqinə
düĢənlərin metodu dəyiĢmir. Yenə də qandan istifadə edilir. Bu dəfə öz qanlarından.
Dostları ilə paylaş: