282
1. Tədarük məntəqələrində tərtib olunan plan üzrə tədarük olunması nəzərdə tutulan dərman
bitkilərinin adları qabaqcadan müəyyən edilməlidir.
Rayonlararası apteklər idarəsinin rəhbərləri dərman bitkiləri tədarük edilən məntəqələrə
yaxından rəhbərlik etməli və bu iĢin düzgün aparılmasına yardım göstərilməlidir.
2. Tədarüklə məĢğul olan ayrı-ayrı aptek rəhbərləri plan üzrə tədarük olunan dərman
bitkilərinin yayıldığı yerləri yaxĢı tanımalıdır. Tədarükçüləri və toplayıcıları dərman bitkiləri ilə
yaxından tanıĢ etmək məqsədilə seminar məĢğələləri keçirilməlidir. Aptek rəhbərləri toplayıcılara
bitkiləri necə yığmaq və qurutmaq qaydaları barədə izahat verməli və onlarla tələb müqaviləsi
bağlamalıdırlar.
3. Toplayıcılar (tədarükçülər) əvvəlcədən tədarük edilən bitkilərin növlərini, toplanması
lazım gələn hissələri, eləcə də yığma və qurutma üsullarını bilməlidirlər.
Zəhərli dərman bitkilərini yığarkən xüsusilə diqqətli olmalı, onları baĢqa bitkilərlə
qarıĢdırmamalıdırlar.
4.
Tədarükçülər vaxtında yığım alətləri ilə bel, yaba, bıçaq, dəhrə, qayçı, bundan əlavə lazımi
kisə, səbət, əlcək və s. ilə təmin olunmalıdırlar.
Tədarük olunan bitkiləri qurutmaq və saxlamaq üçün xüsusi anbar, bina ayırmalı və qəbul
məntəqəsi tərəzi, daĢ, karton və taxta qutularla, kisələrlə və herbari çantaları ilə təmin edilməlidir.
Dərman bitkilərinin çiçək, yarpaq, giləmeyvə və otlarının toplanmasını məktəblilərə də
tapĢırmaq olar. Lakin, bu zaman yığılan bitki xammalının yüksək keyfiyyətli olmasına xüsusi fikir
vermək lazımdır. Ona görə də, biologiya müəllimləri, aptek müdirləri, aqronomlar, meĢə iĢçiləri bu
iĢdə məktəblilərə lazımi köməklik göstərməlidirlər.
Dərman bitkilərinin tədarük və toplanmasını mütəĢəkkil surətdə aparmaq üçün tədarükçüləri
mütəmadi olaraq dərman bitkilərinin toplanmasına dair ədəbiyyat, təlimat və plakatlarla təmin
etmək lazımdır.
Dostları ilə paylaş: