284
dəyiĢib tünd-qonur rəng alır. Buna görə də bioloji aktiv maddələrdən ibarət olan bitki xammalları
asan parçalandığı üçün onları tez və yaxĢı qurutmaq lazımdır. Ümumiyyətlə qurutma prosesi nə
qədər tez gedərsə, alınan materialın keyfiyyəti də bir o qədər yaxĢı olar. Lakin tərkibində efir yağı
olan elə bitkilər vardır ki, onların tədricən qurudulması bitkinin tərkibindən efir yağının itməsinin
qarĢısını alır. BənövĢə, səhləb, sarıkök, darçın və s. növlərini misal gətirmək olar.
Dərman bitkisi xammallarını yaxĢı qurutmaq üçün onların uzun müddət yararlı qalmasını,
saxlanmasını təmin etmək lazımdır. ġirəli meyvələri əvvəlcə ya günəĢin altında ya da sobada azca
qurutduqdan sonra götürüb açıq havada meh vuran sahədə sərib qurutmaq lazımdır. Tərkibində
alkoloid və qlükozid olan dərman bitkilərini 50-60
o
C də tərkibində vitamin olan bitkiləri isə
(itburnu meyvəsini, novruzgülünü isə) tərkibindəki C vitamini oksidləĢməsin deyə 80-100ºC
temperaturda qurutmaq lazımdır. Bu üsülla bir çox meyvələrə, o cümlədən qarağat bitkisinə də aid
etmək olmaz. Belə ki qarağatın meyvəsinin tərkibində C vitaminindən baĢqa efir yağı da vardır.
Bunun üçün qarağatın meyvəsini 50-60ºC temeraturda qurutmaq məsləhətlidir. Dərman bitkisi
hissələrini (ot, çiçək, qabıq və s.) 35-45ºC istilik olan sobalarda, çardaqlarda, dəmir örtüklü
anbarlarda, nadir hallarda isə açıq havada brezent və həsir üzərində qurudurlar. Bitki materialların
qurudarkən onları nazik halda qat-qat sərib, gündə 1-3 dəfə çevirmək lazımdır. Yer üstə qurutmaq
lazım gəldikdə bitkini nəm çəkməsin deyə bitkini brezentdən, binada qurutduqda isə üzərinə həsir
döĢənmiĢ taxta döĢəmələrdən, qəfəslərdən, məftil Ģəbəkədən və ya üzərinə çit çəkilmiĢ taxta
çərçivədən istifadə olunur. Belə taxta çərçivələri qat-qat bir-birinin üzərinə qoymağı məsləhət
görürlər. Dərman otların daha yaxĢı və keyfiyyətli qurutmaq üçün, onları dəstə-dəstə bağlayıb, asıb
qurutmaq daha səmərəli üsuldur. Bitki materialları qurudulan otağın havası daim dəyiĢdirilməlidir.
Havası daima dəyiĢilən dəmir örtüklü çardaqlarda aparılan qurudulma daha yaxĢı nəticə
verir. Çünki belə Ģəraitdə temperatur
kifayət qədər olub, 40-50 dərəcəyə çatır.
Bitki günəĢ altında qurudularkən onun təkibində olan xlorofill, karotin və xüsusən
çiçəklərdə olan antosianlar parçalanır, nəticədə bitki materialı öz rəngini, qismən təsiredici
maddəsini itirir. Tərkibində efir yağı olan bitkiləri günəĢin altında qurutmaq olmaz. Bitki xammalı
süni yollarla da qurudulur. Bu zaman temperaturu 40-60 dərəcəyə çatdıraraq qurutma prosesini
daha da sürətləndirmək olar. Təzə dərilmiĢ giləmeyvələrin qurudulması üçün yüksək temperatur
(70-80º) tələb olunur.
Efir yağlı bitkilər qurudularkən temperatur 25-30ºC–dən aĢağı olmalıdır. Dərman
xammalının tədarükünün həcmindən və imkanından asılı olaraq, qurutma prosesi uyğunlaĢdırılmıĢ
sobalarda və ya xüsusi quruluĢlu quruducularda aparılır.
Ümumiyyətlə, dərman bitkisi xammalından qurudulması üçün aĢağıdakı quruduculardan
istifadə olunur:
Belə qurutma prosesi iki cür quruducuda aparılır:
a) dövrü sürətdə iĢləyən quruducu – burada, qurutmaq üçün hazırlanmıĢ material kameraya
eyni zamanda doldurulur və boĢaldılır.
b) arası kəsilmədən iĢləyən quruducu – burada material kameraya mütəmadi olaraq
doldurulur və boĢaldılır.
Dostları ilə paylaş: