Tənəkə qablar.Bunlardan xüsusən hiqroskopik və rütubətin təsirindən tez xarab olan bitki
xammalını məsələn, zəfəranı, sığırquyruğunu, novruzgülü çiçəyini və s. qablamaq üçün istifadə
olunur. Qablamadan sonra qabların ağzı lehimlənir və faner yeĢiklərə yerləĢdirilir. Bu qayda ilə
hazırlanmıĢ material pasportla təchiz olunur. Sonra isə hər yeĢiyin arxasına yapıĢdırılan yarlıqda
bitki xammalının latın dilində adı, çəkisi (brutto, netto çəkisi), tarixi (günü, ayı, ili) yeri, sayı,
göndərən və qəbul edən idarələrin adları yazılır. Bitki xammalının hansı rayonda toplanması,
standartın sıra sayı haqqında qeydlər edildikdən sonra möhür və Ģtamp vurulur.
Bu qayda üzrə qablanmıĢ dərman xammalı lazımı ölkələrdə və idarələrə göndərilir.