283
Bitkinin yerüstü hissəsindən istifadə etmək lazım gəldikdə onu yeni çiçək açmağa baĢlayan
zaman, yarpaq, gövdə və çiçəkləri ilə birlikdə toplamaq lazımdır. Çiçəkləri isə bitki təzə çiçək açan
vaxt toplamaq lazımdır. Bu, xüsusən daha çox mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə aiddir.
Çobanyastığı, solmazçiçək, gülümbahar və darçın bitkilərinin çiçəklərini isə tam çiçək açan dövrdə
toplamağı məsləhət görürlər. Tumurcuqları yaz fəslində, onların tökülməsinə az qalmıĢ, ĢiĢməyə
baĢlayan zaman toplayırlar.
Dərman bitkilərinin toxumlarının, meyvə və giləmeyvələrini tam yetiĢdikləri vaxt toplamaq
lazımdır. Onların yeraltı hissələrini, köklərini, kökümsov gövdələrini, soğanaqlarını və yeraltı
yumru gövdələrini payızın son ayında, nadir hallarda yazın ilk aylarında toplamaq lazımdır. Çünki
bu dövrə kimi bitkilərin yarpaqları tökülür və bitkisinin hasil etdiyi qida maddəsinin çoxu onun
kökündə toplanır.
Kökləri toplayarkən aĢağıdakı ümumi qaydaya riayət etmək lazımdır:
a) birillik dərman bitkilərinin kökləri bitki çiçək açmağa baĢladığı anda;
b) ikiillik bitkilərin kökləri ya payızda, ya da ikinci ilin yazında;
c) çoxillik dərman bitkilərinin köklərinin əsas hissəsi payızda, bir qismi isə erkən yazda
toplanmalıdır (altey, xammotu bitkisinin kökləri kimi).
Torpaqdan qazılıb çıxarılmıĢ kök, kökümsov gövdələr, kök yumruları, soğanaqları əvvəl
soyuq su ilə yuyub təmizləmək, sonra yerüstü hissədən, qurumuĢ və çürümüĢ hissələrdən ayırıb
qurutmaq lazımdır.
Dərman bitkilərinin yerüstü hissələrini (bitkinin çiçək, yarpaq və gövdəsini) bitki tam çiçək
açan zaman toplamağı məsləhət görürlər.
Zoğlar payızın son və yazın ilk ayında, qabıqlar isə bitki Ģirə ilə zəngin olarkən – yazın ilk
ayında toplanılmalıdır.
Ümumiyyətlə yazda, bitkinin qabıq hissələrində təsiredici maddələr daha çox olur.
Sitrus bitkilərinin qabıqları isə meyvələr tam yetiĢdikdən sonra toplanır. Bitkilərin
qabıqlarını adətən cavan gövdəsindən və qol-budaqlarından toplayırlar. Qabıqlar gövdədən ayırmaq
üçün xüsusi bıçaqlardan istifadə olunur. Bu məqsədlə bitkinin gövdəsinin üzərini çərtərək qabıqlar
soyur, sonra isə qurudurlar. Dərman bitkilərinin yerüstü hissələrini Ģehsiz və yağınursuz, aydın
günəĢli havada toplamaq lazımdır. Yağınurlu, dumanlı və çiskinli havada toplanılan
bitkilər çox gec
quruyur, adətən qızıĢaraq təbii rəngini dəyiĢib, tünd qonur rəngə çevrilir. Bitkilərin çiçək, yarpaq və
meyvələrini əl ilə, nadir hallarda isə ağac Ģanalarla toplayırlar. Ot halında olan dərman bitkilərinin
yerüstü hissələrinin qayçı, bıçaq və ya çinlə biçib toplayırlar. Kökləri, kökyumurularını, kökümsov
gövdələri və soğanaqları isə ya bel və kərki vasitəsilə, ya da yeri Ģumlamaqla (məsələn, biyan,
boyaqotu, dəvədabanı və s.) toplayırlar. Dərman bitkilərin toplayarkən onların qurd yemiĢ,
həĢəratdan zədələnmiĢ, göbələk xəstəliyinə tutulmuĢ və baĢqa səbəblərdən çürümüĢ hissələrini seçib
ayırmaq lazımdır.
Bitkinin yarpağı, çiçəyi və otları adi səbətlərə yığılır. Təzə giləmeyvələri təmiz səbətlərə,
quru meyvələri, kökləri və qabıqları isə kisələrə yığmaq, toplanmıĢ dərman xammalını qurutmazdan
əvvəl çeĢidlərə ayırmaq lazımdır. Meyvə və toxumlarını toplamazdan əvvəl yetiĢməmiĢ, əzilmiĢ
hissələri kənar etmək lazımdır. Kök və kökümsov gövdələri xəlbirin içərisində, axar suda yumaq
yaxĢı nəticə verir. Kökündə selik maddə saxlayan dərman bitkilərini suda çox saxlamaq olmaz.
Toplanan kök və kökümsov gövdələrin yerüstü hissələrini kəsib atmaq lazımdır. Çox yoğun olan
köklər daha yaxĢı qurusun deyə uzununa kəəsib xırdalanmalı və qabıqdan çıxarılıb qurudulmalıdır.
Dostları ilə paylaş: