Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə75/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   71   72   73   74   75   76   77   78   ...   730
 
 
 
 
 
 
TOZAĞACI – Betulaceae S.F.Gray. fəsiləsi 
Əyilən tozağacı – Betula pendula Roth. 
 
 Qədim slavyan xalqları XV əsrə qədər  yeni il bayramını qıĢda  yanvar ayında deyil,  yazda 
qeyd  edirmiĢlər.  Onlar  yeni  il  bayramını  küknar  və  Ģam  ağacları 
ətrafında  yox,  hər  il  mart  ayında  tozağacının  ətrafında  keçirərmiĢlər. 
Qədim  əlyazmalarda  qeyd  edirlər  ki,  slavyan  xalqı  meĢə,  su  və  göy 
allahlarına dua edər, onlardan həmiĢə bol ruzi arzulayarmıĢ. Slavyanlar 
ağ  gövdəli  tozağacının  ətrafına  toplanar,  bu  allahlara  dua  edə-edə 
oxuyar və Ģənlənərdilər. BaĢqa bir tarixi mənbədə deyilir ki, slavyanlar 
tozağacını qadın rəmzi kimi təsəvvür edib, yaz aylarında onun ətrafına 
toplanır, toy və bayram mərasimlərini onun ətrafında qeyd edərmiĢlər. 
Dünya  florası  tərkibində  tozağacı  cinsinin  140-a  qədər  növü 
yayılmıĢdır.  Qafqazda  7,  o  cümlədən  Azərbaycanda  5  növünə  rast 
gəlmək  olar  (Mirzəyev,  Fətəliyev,  1988;  Mirzəyev  1998).  Tozağacı 


43 
 
növləri bütün ġimal yarımkürəsindən baĢlayaraq, subtropik zonalara, oradan da tundrayadək böyük 
bir ərazini əhatə edir.  
Onun növlərinin əksəriyyəti Ģaxtaya davamlı, torpağa qarĢı az tələbkar, iĢıqsevən və kifayət 
qədər tez böyüyən ağaclardır.  
Azərbaycanda  tozağacı  növlərinə  baĢlıca  olaraq  Böyük  və  Kiçik  Qafqazın  yüksək  dağ 
zonalarında  rast  gəlmək  olar.  Respublikamızın  ərazisində  rast  gəlinən  növlər  əsasən  Böyük 
Qafqazın Ģərq qurtaracağında, ġahdağ, Tufandağ, Diabar dağı ərazilərində geniĢ yayılmıĢdır. 
Azərbaycanda yayılan tozağacı növlərinin içərisində ən əhəmiyyətlisi əyilən tozağacı hesab 
edilir. 
Əyilən  tozağacının  –  Betula  pendula  Roth.  hündürlüyü  20-22  (26)  m-ə  qədər  olur.  Cavan 
ağacların  qabığı  ağ  və  hamar,  yaĢlı  ağacların  qabığı  isə  çapıq  və  çat-çatdır.  Çətiri  ovalĢəkilli  və 
sallaqdır, budaqları aĢağıya sallanmıĢ haldadır. Tumurcuqları düz, konusvari, sivri və parlaq, qonur 
rəngdədir. Yarpaqları növbəli, nazik, üçbucaq-rombĢəkilli, 3,5-7,0 sm uzunluğunda və 2,5-5,5  sm 
enindədir, hər iki üzü hamardır. Çiçəkləri birevli salxımvari-sırğa formasındadır. Meyvəsi qanadlı 
fındıqçadır. May-iyun aylarında çiçək açır. Meyvəsi avqust-sentyabr aylarında yetiĢir. 
Tozağacının faydalı xüsusiyyətləri, o cümlədən, onun Ģirəsinin müalicəvi təsiri rus xalqına 
çox  qədim  zamanlardan  məlum  olmuĢdur.  1934-cü  ildə  «Rus  tibb  qəzeti»ndə  tozağacı  Ģirəsi  ilə 
suçiçəyinin müalicəsi haqqında, tozağacı Ģirəsinin diuret xüsusiyyətinə malik olduğu barədə geniĢ 
məlumatlar  verilmiĢdi.  XX  əsrin  əvvəllərində  tozağacı  Ģirəsinin  ĢiĢ  xəstəliyinə  tutulmuĢ  insanlara 
sidik  ifrazına  kömək  etməsi  haqqında  məlumatlar  verilirdi.  XX  əsrin  40-cı  illərində  yarpaqlardan 
hazırlanan cövhərlərin sidik və ödqovucu xüsusiyyətləri  təcrübə yolu ilə təsdiq olundu.  
M.A.Nosal və Y.M.Nosal qeyd edirlər ki, vaxtilə tozağacının erkən  yazda toplanılan cavan 
yarpaq və tumurcuqlarından hazırlanan preparatların köməyi ilə mədə yaralarını müalicə edirdilər. 
Həmin  preparatların  köməyi  ilə  böyrək  xəstəliyi  zamanı  bədəndə  yığılan  suyun  çıxarılmasında,  
sidik kisəsi və dəri xəstəliklərində, eyni zamanda qurdqovucu vasitə kimi iĢlətmiĢlər.  
Müasir  tibb  sahəsində  tozağacının  tumurcuğundan  hazırlanan  cövhər  və  dəmdəmələrdən 
sidikqovucu,  ödqovucu  və  dezinfeksiyaedici  vasitə  kimi  istifadə  olunur.  Ürək  ĢiĢi  mənĢəli  su 
yığınlarında  səmərəli  təsirə  malikdir.  Tənəffüs  orqanlarında  baĢ  verən  bronxit,  traxeit,  loringit 
(qırtlaq  iltihabı)  xəstəliklərinin  müalicəsində  iĢlədilir.  Yarpaqlarından  hazırlanan  cövhər  və 
dəmləmələrdən  sidikqovucu,  tərqovucu  vasitə  kimi  daxilə  qəbul  edilir.  Ürək  çatıĢmazlığı  zamanı, 
bu  preparatların  köməyi  ilə  nəfəsalma  asanlaĢdığından  xəstənin  vəziyyəti  yaxĢılaĢır.  Tozağacı 
tumurcuğu  nefrit  (böyrəyin  iltihabı),  nevroz  xəstəlikləri  zamanı  orqanizmdə  A  vitaminin  normal, 
sabit  qalmasına  kömək  edir.  Yarpaqlarının  cövhəri  xəstədə  baĢ  verən  ağrıları  aradan  qaldırır, 
ürəkbulanma, qusma hallarının qarĢısını alır, qara ciyərin ölçüsünü normada saxlayır, sidik və ödün 
ifrazını  artırır.  Tozağacının  oduncağından  hazırlanan  qatrandan  mikrob  əleyhinə  istifadə  edilir. 
Bundan əlavə, qatrandan müalicə əhəmiyyətli müxtəlif mazlar və sabunlar hazırlanır. 
Müalicə  məqsədləri  üçün  tozağacının  tumurcuğundan,  təzə  açılan  yarpaq  və  cavan 
zoğlarından istifadə edilir.  
Tumurcuğunun  tərkibində  0,3%  5-oksi-7,4  dimetoksiflavon  –  C
17
H
14
O
5
;  5,3%  efir  yağı, 
betulon - C
15
H
22
O
1
, betulol – C
30
H
50
O
2
, betulin turĢusu – C
30
H
50
O

və s. maddələr aĢkar edilmiĢdir. 
Yarpaqlarından  isə  2,8%  askorbin turĢusu,  9%-ə  qədər  aĢı  maddəsi,  hiperozid  – C
20
H
21
O
12
,  3,2% 
saponin,  0,04-0,8%  efir  yağı,  1,96-5,56%-ə  qədər  hiperozid,  avikulyarin,  rutin,  3-diqalaktozid 
mirstein,  flavonoid  birləĢmələri,  vitamin  C,  karotin,  0,09%  kumarin,  alkoloid,  suberin  və  s.  aĢkar 
edilmiĢdir. Qabığından efir yağı, triterpenoidlərdən (qabığa ağ rəng verən) betulinol, lupeol, olenaol 
və ursol turĢuları, fenolqlükozidlərdən: betulin, betulozid, rododendrin, qaulterin, 0,08% flavonoid, 
3,3% katexin, fitosterin və s. tapılmıĢdır.  
Yarpağının tərkibində 5,22% kül, mq/q% olmaqla K - 11,40, Ca - 12,50, Mg - 3,80, Fe - 0,30 
makroelementləri, mkq/q% olmaqla Mn - 174,00, Cu - 7,52, Zn - 159, Co - 0,16, Mo - 1,44, Cr - 0,56, 
Al - 98,32, Ba - 85,76, V - 0,24, Se - 0,29, Ni - 5,28, Sr - 11,70, Pb - 47,20 mikroelementləri müəyyən 
edilmiĢdir. Tumurcuq hissəsindən isə 5,55% kül, mq/q olmaqla K - 12,60, Ca - 7,40, Mg - 2,00, Fe - 
0,30 makroelementləri, mkq/q% olmaqla Mn - 127,00, Cu - 10,80, Zn - 100,00, Co - 0,72, Cr - 0,56, 
Al  -  153,80,  Ba  -  35,20,  V  -  0,48,  Se  -  0,70,  Ni  -  5,84,  Sr  -  7,52,  Pb  -  1,36,  B  -  19,60 


44 
 
mikroelementlərin olduğu aĢkar edilmiĢdir.  
Tozağacının  gövdəsindən  tərkibi  bioloji  aktiv  maddələrlə  zəngin  Ģirə  alınır.  ġirəsini 
həyatverici qüvvə, Ģərabını «ağacın qanı» adlandırırlar. Bir ağacdan gün ərzində 2,5-13,5 litr Ģirə əldə 
olunur.  Ən  çox  Ģirə  verən  fazasında  isə  24-129  litr,  nadir 
nüsxələrindən  isə  425  litrə  qədər  tozağacı  Ģirəsi  əldə 
olunur.  ġirəsindən  orqanizmin  möhkəmləndirilməsində, 
tonusun  artırılmasında,  həmçinin  gözəl  sərinləĢdirici 
içkilər,  sirop,  sirkə,  kvas,  maya  və  s.  istehsalında  istifadə 
olunur. Çoxlu miqdarda mikroelementlər, vitaminlər, zülal, 
turĢu,  aĢı  və  s.  maddələrlə  zəngin  olan  Ģirəsindən  fiziki 
cəhətdən 
çox 
zəifləmiĢ 
xəstələrin 
orqanizminin 
möhkəmləndirilməsində, 
böyrəkdə 
olan 
daĢların 
müalicəsində, ağ ciyər xəstəliklərində istifadə edilir.  Xalq 
təbabətində  tozağacının  yarpaq,  tumurcuq  və  cavan 
budaqlarından  hazırlanan  sulu  və  spirtli  cövhəri  eləcə  də 
mazı  sidikqovucu,  tərlədici  vasitə  kimi,  həm  də  oynaq  və  toxumalarda  baĢ  verən  pozuntuların  və 
revmatizmin müalicəsində iĢlədilir. 1941-1945-ci illər müharibəsində əsgər  və partizanların tozağacı 
yarpağı  və  cavan  budaqlarından  hazırlanan  içkilərdən  istifadə  etməsi  onlarda  sink  və  avitaminoz 
çatıĢmazlığını aradan qaldırmıĢdır. 
Elmi təbabətdə tozağacının tumurcuqlarından hazırlanan prepartlar  ürək mənĢəli ĢiĢmələrin, 
qara ciyər və öd yollarının müalicəsində iĢlədilir. 
Tozağacından hazırlanan dəmləmə, cövhər və məlhəmlər böyrək və öd yolları, soyuqdəymə, 
həmçinin virus və parazit mənĢəli xəstəliklərin sağaldılmasında tətbiq edilir. Tozağacının yarpaq və 
tumurcuqlarından hazırlanan qalen preparatlarından avitaminozun, müxtəlif ĢiĢlərin, aterosklerozun 
mədə  və  onikibarmaq  bağırsaqda  əmələ  gələn  yaraların,  böyrək  və  sidik  kisəsindəki  xroniki 
vərəmin,  böyrək  daĢlarının,  bağırsaq  spazmalarının,  eləcə  də  bronxit,  laringit  və  traxeit 
xəstəliklərinin  müalicəsində  geniĢ  istifadə  edilir.  Orta  dərəcəli  xolesistit  (öd  kisəsinin  iltihabı)  və 
turĢuluğun artmasının qarĢısının alınmasında tozağacı dəmləməsindən istifadə olunur. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin