Qoz qabığından müalicəvi mazın hazırlanması.200 q təzə qoz qabığını ət maĢınından
keçirin, 1 litr günəbaxan yağının içərisinə töküb 4 həftə günün altında saxlayın. Sonra alınmıĢ
qarıĢığı süzün, 70 dərəcəyə qədər qızdırıb üzərinə 30 q əsl arı mumu əlavə edin, sonra 2 saatsu
hamamında qızdırın. Süzüb isti halda butulkalara doldurun. AlınmıĢ mazdan uzun sürən yaraların,
irinli yara kəsiklərinin, dodaq çatlamalarının və s. müalicəsində yaxma Ģəklində istifadə edin.
Biz dünyada analoqu olmayan yeni texnologiya üsulu iĢləyib hazırlayaraq qozun
tullantılarından, xüsusilə meyvəyanlığından yeyinti, toxuculuq, xalçaçılıq və ipəkçilik sənayesində
istifadəsi mümkün olan boyaq maddəsi almağa nail olduq. Bizim tərəfimizdən hazırlanan
texnologiya sxemi yenilik kimi qəbul edilmiĢ, bizə 1575558 saylı patent verilmiĢdir.