Boz qızılağacın qoz meyvəsindən cövhərin hazırlanması. Xammalından 2 xörək qaĢığı götürüb 200 ml qaynar suya tökün, qabın qapağını örtüb 15
dəqiqə su vannasında qızdırın. Otaq temperaturunda 45 dəqiqə soyutduqdan sonra baĢqa bir qaba
süzüb, qaynama dərəcəsinə gətirin. AlınmıĢ ekstraktdan stəkanın 1/3 hissəsi qədər gündə 2-3 dəfə
qəbul edin.
Qızılağacın hamaĢ meyvəsindən alınan sulu dəınləməsindən kosmetika sahəsində, yanıqlar
zamanı, bədənin hər hansı bir hissəsində əmələ gələn ağrıların aradan qaldırılmasında yaĢ sarğı
kimi, diĢlərin dibinin bərkidilməsində, dərinin müqavimətinin artırılmasında və s. istifadə edilir.
Qızılağacdan hazırlanan məlhəm və cövhərlərdən dəri xəstəliklərində, baĢ tükünün töküiməsinin
qarĢısının alınmasında istifadə edilir. Qızılağacın meyvələrini meĢədə budama iĢləri aparan zaman
toplamaq məsləhətdir. Meyvənin tərkibində su az olduğundan onu tez qurutmaq olur. Xammalın
saxlama müddəti 3 ildir. Boyaq sənayesində qiymətli xammal sayıla bilər.
Boz qızılağacın qabıq, tumurcuq, qoz və hamaĢ meyvələrinin tərkibində 5,5-17,7% aĢı
maddələri, hiperozid, kversetin, kempferol flavonoidləri aĢkar edilmiĢdir.
Biz ilk dəfə boz qızılağacının qabıq, yarpaq, qoz və hamaĢ meyvələrindən aĢı və flavonoid
təbiətli qatı boyaq maddəsi alıb yun ipi açıq qəhvəyi, qəhvəyi, tünd qəhvəyi, Ģabalıdı, qonur,
sarımtıl qonur, yaĢılımtıl tütünü, zeytunu, narıncı və s. rəng və çalarlara boyamağa nail olduq. 1 kq
toz halına salınmıĢ hissəsindən alınan boyaq ekstraktı ilə 10-15 kq yun ipi boyamaq olar. Boz
47
qızılağacından alınan aĢı və flavonoid təbiətli maddələr cəmindən gön-dəri, ətriyyat-kosmetika
sahələrində də istifadə etmək olar.