Elmi redaktorlar amea-nın müxbir üzvləri


Yarpaqlardan  cövhərin  hazırlanması



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə81/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   77   78   79   80   81   82   83   84   ...   730
Yarpaqlardan  cövhərin  hazırlanması.  DoğranmıĢ  tozağacı  yarpağından  2  çay  qaĢığı 
götürüb  200  ml  qaynar  suyun  üzərinə  töküb  30  dəqiqə  dəmləyir,  sonra  soyumuĢ  ekstraktı  süzüb, 
üzərinə bir çay qaĢığı natrium karbonat əlavə edərək gündə 3-4 dəfə, 3-4 saat ara verməklə qəbul 
etmək məsləhət görülür. 
Tumurcuqlardan  dəmləmənin  hazırlanması.  Tumurcuqdan  10  q  götürüb  200  ml  suda  30 
dəqiqə qaynadın.  
 
Boz qızılağac – Alnus incana (L.) Moench. 
 
 Dünya  florasında  qızılağacın  40-a  qədər  növü  yayılmıĢdır.  Bunlar  ağac  və  iri  kollardan 
ibarətdir.  Qafqazda  4,  o  cümlədən  Azərbaycanda  3 
növünə rast gəlmək olar. 
Təbabətdə  və  kosmetikada  əsasən  iki  növü  - 
boz qızılağac - A. incaııa (L.) Moench., yapıĢqanlı və 
ya saqqallı qızılağac A.glutinosa (L.) Gaertn. istifadə 
edilir. Hər iki növ ağac formasındadır. 
Saqqallı  qızılağac  girdə,  kənarı  diĢ-diĢ  olan 


46 
 
yarpaqlarının  üstü  parlaq  tünd  yaĢıl,  altı  isə  tutqun  yaĢıldır.  Boz  qızılağacın  yarpaqları  isə  ellips 
Ģəklində  olub,  kənarı  diĢ-diĢ,  yaĢılımtıl-boz  rəngdədir.  Hər  iki  növ  ağac  yarpaqlamazdan  əvvəl  - 
yazın  ilk  ayında  çiçək  açır.  Çiçəkləri  bircinsli  və  birevlidir.  Tac  çiçəkləri  3-5  ədəd  uzıın  sırğa 
Ģəklində,  diĢi  çicəkləri  isə  8-10  ədəd  saplaqsız  sünbüldə  toplaĢmıĢdır.  Belə  deyiılər  ki,  «Elə  ki, 
qızılağac çiçəklədi, demək yaz gəldi», «harada ki, qızılağac bitir, orada bol ot olur». Doğrudan da 
bu ağacın yayıldığı sahələrdə bol yem olur. ġaxtaya davamlı bitki olan qızılağac qiymətli dərman, 
aĢı, boyaq bitkisidir. Bitkinin qoz və hamaĢ meyvəsinin tərkibindən 25%-ə qədər aĢı maddəsi, 3,7% 
qal  turĢusu,  yarpaqlarının  tərkibindən  23-25%-ə  qədər  aĢı  maddəsi,  flavanoid  maddələrindən 
C
21
H
20
O
12
  -  hiperozid,  kversitrin  -  C
21
H
20
O
11
,  miristrin,  fustin,  qabıq  hissəsindən  25-30%  aĢı 
maddəsi,  tarakserol  -  C
30
H
50
O,  tarakseron  -  C
30
H
48
O  və  s.  maddələr  tapılmıĢdır.  Bundan  baĢqa 
hamaĢ  meyvəsinin  tərkibindən  2,88%  kül,  mq/q  olmaqla  K  -  5,8,  Ca  -  5,0,  Mg  -  0,8,  Fe  -  0,2 
makroelementləri,  mkq/q  olmaqla  Mn  -  56,10,  Cu  -  9,44,  Zn  -  18,60,  Mo  -  0,08,  Cr  -  1,68,  Al  - 
86,24,  V  -  1,20,  Se  -  0,13,  Ni  -  2,96,  Sr -  12,00,  Pb  -  3,76,  B  -  57,20,  I  -  54,00  mikroelementləri 
aĢkar  edilmiĢdir.  Qızılağacın  hamaĢ  meyvələrinin  biĢmiĢi  mədə-bağırsaq  xəstəliklərində,  ishala 
qarĢı büzüĢdürücü və dezinfeksiyaedici, qankəsici, dərman kimi iĢlədilir. Xammaldan tinktura, quru 
ekstrakt halında və həmçinin büzüĢdürücü, qankəsici yığıntıların (çayların) tərkibində istifadə edilir. 
Elmi  təbabətdə  qızılağacın  qoz  və  hamaĢ  meyvəsindən  sırğa,  qabıq  və  yarpaqlarından  hazırlanan 
preparatlarından büzüĢdürücü, qankəsici, mədə-bağırsaq xəstəliklərində, xüsusən də uĢaqlarda baĢ 
verən ishala qarĢı iĢlədilir. 
Xalq 
təbabətində 
boz 
qızılağacın 
hamaĢ 
meyvəsindən alınan sulu və spirtli çıxarıĢdan büzüĢdürücü 
və qankəsici vasitə kimi istifadə edilir. Elmi təbabətdə isə 
dəmləmələrindən  enterit,  dispepsiya  (mədə  fəaliyyətinin 
pozulması,  enterokolit,  dizenteriya,  xroniki  kolit),  yoğun 
bağırsağın iltihabı və s. xəstəliklərin müalicəsində istifadə 
edilir.  Kliniki  təcrübəyə  əsasən  qoz  meyvəsindən  alınan 
preparatlar  mədə,  onikibarmaq  bağırsaqlarda  əmələ  gələn 
yaraların müalicəsində iĢlədilir. Yarpaq və qoz meyvəsinin 
ekstraktı  poliartrit  revmatizminin  və  soyuqdəymə  zamanı 
baĢ verən pozuntuların müalicəsində tətbiq edilir. Yarpaqlarından hazırlanan vannada uzun müddət 
ayaq  üstə  gəzmə  nəticəsində  yorulmuĢ  ayaqları  yuduqda  tezliklə  yorğunluq  aradan  qalxır,  insan 
özünü yaxĢı hiss edir. Sulu ekstraktından burun və diĢ qanaxmalarının kəsilınəsində iĢlədilir. 
Təzə  dərilmiĢ  yarpaqlarını  irinli  yaraların,  sifətdə  əmələ  gələn  civzə  və  səpgilərin  üzərinə 
plastır kimi qoyub müalicə edirlər. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin