Kəskin irinli bronxiti müalicə etmək üçün.Üzərində ĢiĢmiĢ tumurcuqları olan cavan
budaqlarını kiçik hissələrə doğrayın. DoğranmıĢ xammaldan 2 xörək qaĢığı götürüb 1 litr südün
üzərinə əlavə edin, zəif od üzərinə qoyub südün həcmi 0,5 litrə çatana qədər qaynadın. Alınan süd
konsentratından yarım stəkan götürüb içərisinə 1 çay qaĢığı ayı yağı əlavə edib səhər və günorta 0,5
stəkan, axĢamlar isə yatmazdan əvvəl isti halda 1 stəkan qurtum-qurtum içmək məsləhət görülür
(bizim Ģəraitdə ayı yağı əvəzinə keçi, qoyun və dana yağlarından da istifadə etmək olar). Ayaq
nahiyələrində baĢ verən kəskin ağrıları aradan qaldırmaq üçün axĢamlar yorğan örtüyünün içərisini
təzə toplanmıĢ tozağacı yarpaqları ilə doldurub, üstünüzə örtün. Bir az keçmiĢ siz ayaqlarınızın
istiləĢməyə baĢladığını hiss edəcəksiniz. Sonra bütün bədəniniz tərləyəcək. Onda yumĢaq dəsmal ilə
yaxĢıca qurulanın və yeni alt paltarınızı dəyiĢib yatın. Səhər duran zaman sizin ayaq nahiyələrinizdə
ağrıdan heç bir niĢanə qalmadığının Ģahidi olacaqsınız.
Qoltuq altında tər vəzisinin ifraz etdiyi xoşagəlməyən iyi aradan qaldırmaq üçün. 1 xörək
qaĢığı toz halına salınmıĢ tozağacı yarpağından götürüb, 2 xörək qaĢığı limon turĢusu ilə qarıĢdırıb, 7
gün pambığa hopdurub qoltuq altına qoyub xoĢagəlməz tər iyini aradan qaldıra bilərsiniz. Ətriyyat
sənayesində tozağacı qatranından qatranlı sabun istehsal edilir. Yarpaqlarından müalicəvi süpürgələr
hazırlanır, heyvandarlıqda yem kimi istifadə edilir.
Tozağacının yarpaq və tumurcuğundan dərman preparatlarının hazırlanma qaydaları.