Trixomonad kolitdə, uşaqlıq yollarnının eroziyasında.1xörək qaĢığı doğranmıĢ
qabığından 0,5 litr qaynar suya töküb, qaynama dərəcəsinə çatdırın. 2 saat dəmləyin və süzün.
Aldığnıız ekstraktla xəstə nahiyəni gündə 2 dəfə səhər və axĢam yuyun. Parodontoz və stomatit zamanı. XırdalanmıĢ palıd qabığından 1 çay qaĢığı götürüb 1
stəkan qaynar suya töküb, qaynama dərəcəsinə çatdırın və 1 saat dəmləyib süzün. Aldığınız
ekstraktla ağız nahiyəsini yeməkdən sonra gündə 3-4 dəfə yaxalayın.
Babasil zamanı. 4 xörək qaĢığı doğranmıĢ qabıq hissəsindən götürüb 0,5 litr qaynar suya
tökün, 15 dəqiqə vam od üzərində saxladıqdan sonra, 2 saat dəmləyib süzün. Aldığınız ekstraktı 37º
temperatura çatdırıb bankaya tökün. 15-20 dəqiqə oturaq halda vannasını qəbul edin.
Babasilin palıd «buzu» ilə müalicəsi. Bu üsul babasilin müalicəsində çox böyük köməklik
göstərir. Bunun üçün 2 xörək qaĢığı palıd qabığından götürüb 1 stəkan qaynar suya töküb qaynama
dərəcəsinə gətirib 20 dəqiqə dəmləyin. Dəmləməni formaya salıb soyuducuya qoyub dondurun.
Alınan palıd «buzundan» Ģam kimi gündə 1 dəfə istifadə edin. Müalicə kursunu vəziyyətiniz
yaxĢılaĢana qədər davam etdirin.