Uşaqlıq boğazının eroziyası zamanı. 1 xörək qaĢığı doğranmıĢ palıd qabığını 0,5 litr qaynar
suya töküb qaynama dərəcəsinə gətirin və 3-4 dəqiqə biĢirdikdən sonra götürüb 2 saat dəmləyin.
Ekstraktdan Ģırnaq üsulu ilə gündə iki dəfə səhər və axĢam xəstə nahiyəni yuyun. Müalicə kursu 1-2
aydır.
Uşaqlarda əmələ gələn qasıq yırtıqlarının azaldılmasında (kiçildilməsində) zamanı. 1
stəkan 9%-li sirkə turĢusundan götürüb soyuq halda ehtiyatla uĢağın qarın nahiyəsini silin. Bıından
sonra palıd qabığından yırtığın üzərinə kompres formasında qoyub bağlayın. Bunun üçün 1 xörək
qaĢığı doğranmıĢ palıd qabığını 1 stəkan qaynadılmıĢ suya tökün və 10 dəqiqə biĢirdikdən sonra 5
dəqiqə saxlayıb süzün. Tənzifdən hazırladığınız salfeti ekstrakta hopdurub azca sıxıb, xəstə
nahiyəyə qoyaraq, bintlə sarıyın. Kompresi gündə 1-2 dəfə, 20-30 dəqiqə müddətində edin. Müalicə
kursu 3-4 həftədir.
Mədə-bağırsaq və kəskin aybaşı qanaxmalarının, xroniki enterokolitin müalicəsində. 1
xörək qaĢığı doğranmıĢ palıd qabıgını 2 stəkan qaynar suya tökün, odun üzərinə qoyub 15 dəqiqə
biĢirib süzün. Gündə stəkanın 1/3 hissəsi qədər 2-3 dəfə yeməkqabağı qəbul edin. Müalicə kursu 2
həftə-dən ay yarıma qədər aparılmalıdır.
Xroniki, irinli yaraların, çətin sağalan kəsiklərin, ekzemanın, donvurmanın və yanıqların müalicəsində. 1 stəkan quru doğranmıĢ palıd qabığından götürün. 5 stəkan qaynar suya töküb
qaynama dərəcəsinə gətirin və 20 dəqiqə biĢirdikdən sonra 40 dəqiqə dəmləyib süzün. Aldığınız
ekstraktla tənzifı isladıb xəstə nahiyənin üzərinə qoyub bintlə sarıyın. Əməliyyatı 1 həftə gecələr
aparın.