__________________________________ Nübar Həkimova
163
göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat
çayı hazırlanır. Meyvəsindən sinka, qan azlığında, soyuq-
dəymələrdə, qızdırmada, mədə-bağırsaq
xəstəliklərində, şirə-
sindən, «lavaşanasından» hazırlanan spirtsiz içkilərdən mal-
yariyada, iştahın artırılmasında, şirəsini nişasta ilə qarış-
dırılıb şəkərli diabetdə, eləcə də iştahartırıcı vasitə kimi
istifadə edilir. Meyvəsinin ət hissəsindən hazırlanan prepa-
ratlarından zülalın asan həzm olunmasında, ishalın qarşısının
alınmasında və s. xəstəliklərin müalicəsində geniş istifadə
olunur.
Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudul-
muş və bişirilmiş halda istifadə edir.
Bundan başqa, zoğaldan hazırlanan şirə mədə-bağırsaq
pozğunluqlarının aradan qaldırılmasında da istifadə olunur.
Meyvəsindən hazırlanan şirəyə bal və yumurta sarısı qataraq
qarın yatalağının istifadə olunmasında istifadə edirlər. Zo-
ğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınma-
sında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur.
Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhərdər öd-
qovucu və sidikqovucu kimi istifadə edilir. Onun çəyirdəyin-
dən, şirəsindən və meyvəsindən hazırlanan spirtli tinktura
qızdırma xəstəliyini sağaldır, qabığından hazırlanan spirtli
məhlul isə orqanizmin fəaliyyətini gücləndirir.
Zoğalın çəyirdəyini qurudub üyüdəndən sonra yaranın
üstünə səpdikdə yara tezliklə sağalır. Zoğalın meyvəsinin
çəyirdəyindən kofe hazırlamaq da mümkündür.
Dostları ilə paylaş: