Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə220/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   216   217   218   219   220   221   222   223   ...   403
Tibbi  əhəmiyyəti.  Qabıqlarından  hazırlanan  ekstraktın 
arpa  unu  ilə  qarışdırıb  pasterizə  bənzər  maddə  hazırlayıb 
səpgi  və  çibanların  üzərinə  yaxıb  müalicə  edirlər.  Qabıq  və 
yarpağından  hazırlanan  dəmləmə  və  cövhərlərdən  böyrək, 
qaraciyər  və  diabetdə  istifadə  edilir.  Şirəsindən  damcı  kimi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
163 
göz  xəstəliklərində  istifadə  edilir.  Yarpaqlarından  surrokat 
çayı  hazırlanır.  Meyvəsindən  sinka,  qan  azlığında,  soyuq-
dəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirə-
sindən,  «lavaşanasından» hazırlanan spirtsiz içkilərdən mal-
yariyada,  iştahın  artırılmasında,  şirəsini  nişasta  ilə  qarış-
dırılıb  şəkərli  diabetdə,  eləcə  də  iştahartırıcı  vasitə  kimi 
istifadə  edilir.  Meyvəsinin  ət  hissəsindən  hazırlanan  prepa-
ratlarından zülalın asan həzm olunmasında, ishalın qarşısının 
alınmasında  və  s.  xəstəliklərin  müalicəsində  geniş  istifadə 
olunur. 
Zoğal  meyvəsindən  insanlar  qida  kimi  təzə,  qurudul-
muş və bişirilmiş halda istifadə edir. 
Bundan başqa, zoğaldan hazırlanan şirə mədə-bağırsaq 
pozğunluqlarının  aradan  qaldırılmasında  da  istifadə  olunur. 
Meyvəsindən hazırlanan şirəyə bal və yumurta sarısı qataraq 
qarın  yatalağının  istifadə  olunmasında  istifadə  edirlər.  Zo-
ğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınma-
sında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur. 
Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhərdər öd-
qovucu və sidikqovucu kimi istifadə edilir. Onun çəyirdəyin-
dən,  şirəsindən  və  meyvəsindən  hazırlanan  spirtli  tinktura 
qızdırma  xəstəliyini  sağaldır,  qabığından  hazırlanan  spirtli 
məhlul isə orqanizmin fəaliyyətini gücləndirir. 
Zoğalın çəyirdəyini qurudub üyüdəndən sonra  yaranın 
üstünə  səpdikdə  yara  tezliklə  sağalır.  Zoğalın  meyvəsinin 
çəyirdəyindən kofe hazırlamaq da mümkündür. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin