108
etmiĢlәr. Maraqlı burasıdır ki, Quran 14 әsr öncә elmin bu
nailiyyәtindәn xәbәr verir‖.
O, mәlum ayәdә iki mühüm mәqamın mövcudluğunu
qeyd edir.
1. Göylәrdә dә Yerdә olduğu kimi canlı varlıqlar
mövcuddur.
2. Allah istәdiyi zaman bu varlıqlar bir-birindәn
xәbәrdar olacaqlar (bir-birlәrini görәcәklәr)
1
.
Әllamә Tәbatәbaiyә aid edilәn ―Quranın ecazkarlığı‖
adlı kitabda mәlum ayәyә (ġura, 29) istinad olunaraq göy
cisimlәrindә dә hәyat olduğu açıqlanır.
Bir çox yazarlar yuxarıda qeyd olunan ayәlәrә
әsaslanaraq (ġura, 29; Nәhl, 53; Nur, 45) göy cisimlәrindә
canlıların, hәtta bitkilәrin vә abadlıqların (Buruc, 2)
mövcudluğu ehtimalını irәli sürmüĢlәr
2
.
YEKUN
Mәlum ayәni (ġura, 29) Yerdәnkәnar sivilizasiya ilә
uyğunlaĢdırmaqla bağlı bir neçә mәqamı diqqәtdәn
qaçırmaq olmaz.
1. ―ءبوس‖ [
səma] vә ―داْوس‖ [
səmavat] ifadәlәri Quranda
bir neçә fәrqli mәnada iĢlәnmiĢdir. Sözügedәn açıqlama
(tәfsir) o zaman doğru olar ki, ayәdә qeyd olunan ―داْوس‖
[
səmavat] sözündәn mәqsәdin göy cisimlәri olduğu isbat
edilsin. Bir halda ki, ―ءبوس‖ [
səma] sözündәn mәqsәd Yeri
әhatә edәn qaz örtüyü (atmosfer), ―ةاد
ح ‖ [
dabbə] sözündәn
mәqsәd isә adi gözlә görülmәyәn kiçik varlıqlar
(mikroblar) vә ya göydә uçan quĢlar olduğu fikri dә irәli
sürülә bilәr. Lakin buna baxmayaraq, ayәnin hәr iki
açıqlamaya aid olduğu istisna edilmir.
1
―Kosmos әsrinin biliyi‖, sәh. 168-169.
2
―Abbas
Әli Mahmudi, ―Quranda sәma sakinlәri‖ sәh. 95-99
.
109
2. Әgәr Yerdәnkәnar sivilizasiyanın mövcudluğunun
elmi baxımdan isbat edilmәdiyini, hәlә dә güclü bir
ehtimal olduğunu nәzәrә alsaq, bu fikri qәti olaraq Qurana
aid edib onun elmi möcüzәsi hesab edә bilmәrik.
3. Әgәr ikinci ehtimalın üzәrindә dayansaq, o zaman
ayәdә hamının müĢahidә etdiyi real hәyatdan söhbәt
açıldığının Ģahidi olacağıq. Bu, Allahın niĢanәlәrindәndir.
Yәni Allah havanı elә bir Ģәraitdә yaratmıĢdır ki, quĢlar
orada sәrbәst hәrәkәt edә bilirlәr. Mikroblara gәldikdә isә
erkәn çağ әrәblәrinin bu haqda mәlumatsızlığını nәzәrә
alsaq, buna elmi rәng verib Quranın möcüzәlәrindәn hesab
etmәk olar.
Dostları ilə paylaş: