Etiologiya:
•
Ilk dəfə 1833-cü ildə Fransız dermatoloqu Biet
tərəfindən dəri əlamətlərinə görə təsvir
edilmişdir.Sonradan 1872-ci ildə bunun təkcə dəri
xəstəliyi deyil,sistem xəstəliyi olmasını Kapoşi kəşf
etmişdir.1948 –ci ildə isə Hargravis”LUPUS
hüceyrə”fenomenini tapmışdır.
•
Lupus-latınca mənası”qurd”deməkdir,yəni QQE-də
əsas əlamətlərdən biri dəri əlamətləridir ki,dəri qurdun
zədələdiyi dəri kimi görünür.Sonradan Kapoşi təyin
etmişdir ki,burada təkcə dəri deyil,digər orqan və
sistemləri də zədələnir.
Etiologiya
Burada MSS, mədə-bağırsaq sistemi,
böyrəklər, dalaq, ÜDS, tənəffüs sistemi də
zədələnir.Araşdırmalara görə zəncilərdə, ağ
dərililərə görə 4 dəfə çox rast gəlinir.Ümumiyyətlə
isə qadinlar kişilərə nisbətən daha çox
xəstələnirlər.Səbəbi dəqiq müəyyənləşməyib,lakin
RNT tərkibli latent ləng virusların rolu olduğu
qeyd olunur.Bəzən də ailəvi xarakter daşıyır.