Günəşin ən çox
təmas etdiyi nahiyyələrdə-
çiyinlərdə,qollarin xarici səthlərində,qulaq
,çənə,boyunda inkişaf edir.Bunların görünməsi
,xəstəliyin aktivləşməsindən xəbər verir.Bu
xəstələr günəşə çox həssas olur.Üzdə,tüklü dəridə
“diskoid ocaqlar”əmələ gələ bilər-bunlar
hiperemiyalı dəri ilə əhatə olunmuş mərkəzində
atrofiya olunmuş çapıq-depiqmentasiya olan dəri
follikulasıdır,sağaldıqda çapıq izi qalır.Ağızda və
sərt damaqda ağrısız yaralar əmələ gələ bilər.
Böyrəklər:
Ən çox zədələnən orqanlardan biridir.Nefrit
şəklində gedir,bəzən də asimptomatik şəkildə
gedir,ona görə də xəstənin sidiyi mütləq
yoxlanılmalıdır. Sidikdə hematuriya,
zülal>500mq/24 saat- sidikdə belə dəyişiklik
görünürsə, mütləq böyrəkləri nəzarətdə
saxlamaq lazımdır. Əks halda 2il sonra böyrək
patologiyası müşahidə ediləcək. Ən ağır
stadiyalarda böyrək arteriyalarının aterosklerozu
baş verir.
Dünya Sağlamlıq Təşkilat lupus nefritin 6 dərəcəsini
göstərmişdir.
1.Histoloji dəyişikliklər yoxdur.
2.proliferativ dəyişiklik mezengiomu əhatə edir.
3.Yumaqcıqlarda ocaqlı proliferativ dəyişiklik
4.Diffuz proliferativ qlomerulonefrit formalaşır.
5.Membranoz qlomerulonefrit
6.Qlomeruloskleroz-böyrək çatlşmazlığı meydana
çıxır.
Sinir sistemi:
MSS-də emosianal labillik,baş ağrıları,yaddaş
pozğunluqları şəklində ola bilər.Ağrılar miqren
tipli olur.Epileptik tutmalar da müşahidə edilə
bilər.Ən əsas əlamət-PSİXOZ və depresiya sıx
rast gəlinir. Lakin bunu uzunmüddətli
qlukokortikoid müalicəsilə yaranan psixozdan
fərqləndirmək lazımdır.