Mayın 6-da səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb
Universitetinin (ATU) rektoru, millət vəkili, akademik Əhliman
Əmiraslanovla birgə ATU-nun Stomatoloji Klinikasının nəzdində
yeni tikilən Stomatoloji Tədris Mərkəzinə baxış keçirib.
Stomatoloji Klinikanın direktoru Alqış Səfərov mərkəzdə quraş-
dırılan yeni, məxsusi olaraq mərkəz üçün Avropadan gətirilən
avadanlıqlar barədə məlumat verib. Onun sözlərinə görə, dünya-
nın yalnız aparıcı ölkələrinin tibb müəssisələrində olan bu ava-
danlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə
müstəsna əhəmiyyətə malikdir.
Səhiyyə naziri Oqtay Şirəliyev Stomatoloji Mərkəzdə görülən
işləri, klinikanın təchizatını yüksək dəyərləndirdiyini deyib. Bildirib
ki, klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə
cavab verir və bu cür müasir, modern texnoloji avadanlıqlarla ça-
lışmaq rezidentlər üçün müsbət təcrübə yaradacaq.
Daha sonra isə nazir O.Şirəliyev və rektor Ə.Əmiraslanov
ATU-nun 4 saylı tədris binasındakı vəziyyət, xüsusilə elektron
mikroskopiya laboratoriyasında quraşdırılan yeni avadanlıqla
tanış olublar. Məlumat verilib ki, burada dünya universitetlərinin
laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən
müasir analizatorlar yerləşdirilib.
Nazirlə görüşdə stomatologiya fakültəsinin dekanı, professor
Zöhrab Qarayev, uşaq stomatologiyası kafedrasının müdiri,
professor Rəna Əliyeva, insan anatomiya kafedrasının müdiri,
professor Vaqif Şadlinski, kafedranın professoru Mübariz Allah-
verdiyev, epidemiologiya kafedrasının müdiri, professor İbadulla
Ağayev, biokimya kafedrasının müdiri, professor Arif Əfəndiyev
və digərləri iştirak ediblər.
Dostları ilə paylaş: |