məhrumiyyətlərə, talana, qarə-
tə, müstəmləkə tabe çili yi nə
məruz qalaraq külli miqdarda
itkilərlə üzləşdi.
1991-ci ildə Azərbaycanın 70
il müddətində daşıdığı bolşevik-
şovinist boyunduruğunu qıraraq
azadlığa çıxması ilk vaxtlar sırf
rəmzi məna daşıdı və ağır həyat
imtahanı qarşısında qaldı. İlk
müstəqillikdə olduğu kimi, ikin-
ci müstəqilliyin də ilk illərində
Azərbaycanın düşmənləri onun
müstəqilliyini «beşikdə ikən
boğmağa», onu məhv etməyə ça-
lışırdılar.
1993-cü il iyunun 15-də
Azərbaycanın müstəqilliyinin
tükdən asılı olduğu bir dövrdə
ümummilli
lider
Heydər
Əliyevin yenidən ölkəmizdə
siyasi hakimiyyətə qayıdı-
şı bütövlükdə Azərbaycanla
birlikdə onun elmini, təhsilini,
mədəniyyətini, incəsənətini də
xilas etdi. Xilas olunanlar ara-
sında Azərbaycan səhiyyəsinin,
Azərbaycan tibb elmi və tibb
təhsili sisteminin də olması
bu sahələrin nümayəndələrini
ürəkdən sevindirdi, onlar da
özlərində yeni ruh yüksəkliyi,
yeni güc, yeni qüvvə hiss etdilər.
Bizə elə gəlirdi ki, belə yüksək
əhval-ruhiyyə Azərbaycan Tibb
Universiteti əməkdaşları arasın-
da daha qabarıq şəkildə cərəyan
edir. Bəlkə də bu onunla əlaqədar
idi ki, 1991-ci il fevralın 4-də
N.Nərimanov adına Azərbaycan
Dövlət
Tibb
İnstitutunun
N.Nərimanov adına Azərbaycan
Tibb Universiteti statusu əldə
etməsindən sonra ilk dəfə bu
təhsil ocağında inamlı addımlar
atılır, Heydər Əliyev ideyaları-
nın gələcək qələbələrinin parlaq
üfüqləri aydın sezilməyə baş-
layırdı. 1993-cü ildən etibarən
Azərbaycan Tibb Universitetində
keçirilən hər bir elmi şura icla-
sında ölkəmizin yeganə ali tibb
təhsili ocağı olan bu ali məktəbin
rektoru akademik Əhliman
Əmiraslanov
Azərbaycanın
Dövlət müstəqilliyi haqqın-
da səmimi söhbətlər apa-
rır,
“müstəqilliyi
insan
mənəviyyatının ən dəyərli qida-
sı» adlandırırdı. Azərbaycandan
beyin axınının sürətləndiyi çətin
bir dövrdə Moskvadakı rahat iş
yerini qoyub Bakıya gələn, xal-
qının, millətinin ağır günlərində
ona professional həkim yardımı
göstərməyə tələsən əsl Vətən
oğlu Əhliman Əmiraslanov
hər
çıxışında
əməkdaşlara
müvəqqəti çətinliklərin öm-
rünün az olacağından danışır,
müstəqilliyimizin təminatçısı
dahi Heydər Əliyevin ətrafında
sıx birləşməyin vacibliyini on-
lara inandırıcı dəlillərlə izah
edirdi. Bu çıxışların həmin
dövrdəki stenoqrafik yazıları
ATU-nun arxivində hazırda da
saxlanılır. Əhliman müəllimin
dövlət müstəqilliyimizə həsr et-
diyi səmimi çıxışlarının gücü,
qüvvəsi onda idi ki, əməkdaşlar
da, elmi şura üzvləri də bu səmimi
çıxışları eyni səmimiliklə qəbul
etmək məfkurəsində idilər və
onlar bu çağırışlara adekvat
reaksiya verərək ulu öndərin
ideyaları ətrafında sıx birləşir,
professional borclarını ləyaqətlə
yerinə yetirirdilər.
İndi o vaxtdan 20 ildən artıq
bir vaxt keçib və biz ATU-nun
yaranmasının 84-cü ildönümünü
yeni nailiyyətlərlə qarşılayırıq.
XX əsrin 90-cı illərinin bi-
rinci yarısında – 1994-cü il
sentyabrın 20-də ulu öndər
Heydər Əliyevin təşəbbüsü və
təşkilatçılığı ilə Bakı-Tbilisi-
Ceyhan neft-boru kəmərinin
çəkilişi ilə əlaqədar müqavilənin
- «Əsrin müqaviləsinin» im-
zalanması müstəqil ölkəmizin
iqtisadiyyatının gələcək inkişa-
fının möhkəm bünövrəsini qoy-
du. Bu müqavilədən ruhlanan
Azərbaycan Tibb Universiteti
rəhbərliyi yeni layihələr hazırla-
yır, ölkəmizin tibb elminin, tibb
təhsili sisteminin islahatlarla in-
kişaf etdirilməsinin yollarının
axtarışlarını uğurla davam etdi-
rirdi. Yadımdadır ki, Əhliman
müəllim 1993-cü ildən etibarən,
demək olar ki, hər dəfə elmi şura
iclası keçirilərkən müzakirə olu-
nan mövzular üzrə yekun nitqi
söyləyir və öz nitqində mütləq
tibb elmi və tibb təhsili sistemi-
nin inkişafını, xarici ölkələrdə
olduğu kimi, Azərbaycan Tibb
Universitetinin də öz klinikala-
rının olması ilə əlaqələndirirdi.
O, deyirdi ki, «Nə qədər ki,
ATU-nun öz klinikaları yoxdur,
ölkəmizdə tibb təhsili sistemi-
nin mükəmməl inkişaf etməsi,
beynəlxalq standartlara uyğun-
luğu haqqında tam fikir söyləmək
o qədər də inandırıcı olmayacaq
və bu inkişafa nail olmaq üçün
Azərbaycan Tibb Universiteti
mütləq özünəməxsus klinikalara
malik olmalıdır”. Ümumiyyətlə,
Əhliman müəllimin elmi şura ic-
laslarındakı çıxışlarında iki mü-
hüm məsələ həmişə onun çıxış-
larının anna xəttini təşkil edirdi.
Bunlardan biri qeyd etdiyimiz
kimi, xarici ölkələrdəkinə uyğun
olaraq ATU-nun özünün klinika-
larının olmasından, digəri isə bu
təhsil ocağında diplomdanson-
rakı hazırlığın SSRİ dövründən
qalma internatura sistemi ilə
deyil, beynəlxalq aləmdə daha
mükəmməl sayılan rezidentura
sistemi ilə aparılmasına keçidin
təşkilindən ibarət idi. ATU-nun
ayda bir dəfə keçirilən elmi şura
iclaslarının hər birində müzakirə
olunan məsələlərin biri mütləq
tibb təhsili ilə bağlı olurdu və ona
görə də şahidi olduğum iclasla-
rın protokollarını stenoqramdan
çap vərəqinə köçürdüyüm üçün
inamla deyirəm ki, Əhliman
müəllim hər iclasda bu məsələləri
həmkarları ilə dönə-dönə ətraflı
müzakirə edir, onların birgə
kollegial həllinə çalışırdı. Rek-
tor bu məsələlərdən danışarkən
ilk növbədə birinci cərgədə
əyləşmiş akademik Böyükkişi
Ağayevə, akademik Adilə Na-
mazovaya, digər nisbətən yaşlı
professorlara müraciət edir, on-
ların bu məsələyə münasibətləri
ilə maraqlanırdı. Çünki o
dövrdə, yəni müstəqilliyimizin
ilk illərində alimlərimizin
beynəlxalq əlaqələri o qədər də
sıx deyildi, yalnız akademiklərin
və tək-tək professorların xa-
rici ölkələrin ali tibb təhsili
müəssisələri ilə, müvafiq tibb
alimləri ilə az-çox əlaqələri var
idi və onlar xarici ölkələrdə elmi
ezamiyyətdə olduqdan sonra
həmişə hesabat xarakterli çıxış-
lar edir, təəssüratlarını elmi şura
üzvləri ilə bölüşürdülər. Onlar
Əhliman müəllimin mütərəqqi
ideyalarını dəstəkləyərək təs-
diqləyir və onun ideyalarının
reallığa çevriləcəyini ümidlə
gözləyirdilər. Lakin bütün bun-
lara baxmayaraq 90-cı illərin
iqtisadi çətinlikləri illərində
ölkə miqyasında maddi cəhətdən
bunu həyata keçirmək müm-
kün deyildi. Əhliman müəllim
bir nüansı da heç vaxt nəzərdən
qaçırmırdı və qeyd edirdi ki,
ölkəmizin
iqtisadi
qüdrəti
tədricən möhkəmləndikcə biz
mütləq bu arzularımıza çataca-
ğıq. Xoşbəxtlikdən bu belə də
oldu.
Azərbaycan Tibb Universiteti
90-cı illərin ikinci yarısının ilk
illərində, daha doğrusu 1996-cı
ildə ulu öndərin bu təhsil ocağı-
na, həkimlərə, səhiyyə işçilərinə
olan diqqət və qayğısı sayəsində
Dünya Təhsil Birliyinin London-
da çıxan Beynəlxalq reyestrinə
daxil edildi. Bu, MDB ölkələri
arasında Rusiya Federasiyası
və Ukraynadan sonra üçün-
cü göstərici idi. Bundan sonra
Azərbaycan Tibb Universiteti
akademik Ə.T.Əmiraslanovun
rəhbərliyi altında Qaradəniz
Hövzəsiətrafı Ali Məktəblər
Birliyinin, Beynəlxalq Universi-
tetlər Assosiasiyasının və Avro-
pa Ali Məktəblər Assosiasiyası-
nın tam hüquqlu üzvü seçildi.
Əhliman müəllim ulu öndərlə
görüşlərinin birində ATU-da
tədris binalarının çatışmadığı
barədə mülahizələrini söyləmiş
və hələ SSRİ dövründə ümum-
milli liderin özü tərəfindən
bünövrəsi qoyulan 11 mərtəbəli
tədris binasının tikintisinin
davam etdirilməsi haqqın-
da fikirlərini bildirmişdi. Ulu
öndər ölkə iqtisadiyyatının ən
çətin dövründə belə ölkədə
tibb təhsilinin yaxşılaşdırılma-
sı naminə bu məsələni diqqət
mərkəzində saxlayaraq binanın
inşasının davam etdirilməsinə
qayğı ilə yanaşdı, bu istiqamətdə
müvafiq göstərişlər verdi. 1998-
ci il sentyabrın 28-də bina-
nın açılışı mərasimində ulu
öndər dərin məzmunlu tarixi
nitq söylədi, sonra Əhliman
müəllimlə
birlikdə
binada
yerləşdirilmiş bütün kafed-
ralarla tanış oldu, kollektivə
öz dəyərli məsləhətlərini ver-
di. Bundan sonra 2000-ci ildə
akademik
Ə.T.Əmiraslanov
çoxdan bəri elmi şura iclas-
larında müzakirəyə çıxardığı
ATU-nun öz klinikalarının ol-
ması məsələlərini ulu öndərə
açıb söylədi və bu məsələni
yüksək dəyərləndirən ulu öndər
ATU-nun tarixində ilk dəfə Sto-
matoloji Klinikanın yaranması-
na göstəriş verdi. Tezliklə ATU-
nun ilk klinikasının yaradılması
reallaşdı. Bununla da akademik
Ə.T.Əmiraslanovun son 10 ilin
hər günü, hər saatında qəlbinin
dərinliklərində ölçüb-biçdiyi,
hərtərəfli hazırladığı ideyanın
təməl daşları ulu öndərin qayğısı
sayəsində sıralanmağa başladı.
2006-2007-ci dərs ilinin
əvvəlində ümummilli lide-
rimizin sədaqətli davamçısı
cənab Prezident İlham Əliyevlə
olan görüşlərində akademik
Əhliman Əmiraslanov ulu
öndərin bünövrəsini qoyduğu
ATU-nun öz klinikalarının da-
vamının gəlməsi haqqında olan
fikirlərini cənab Prezidentə çat-
dırdı və ondan bir neçə ay sonra
– 2007-ci ilin iyun ayında ölkə
başçımızın göstərdiyi diqqət və
qayğı sayəsində ATU-nun say-
ca ikinci klinikası olan Onkoloji
Klinika təşkil edilərək müəllim
və tələbələrin, xəstə kontingen-
tinin istifadəsinə verildi. Hər
iki klinika dünya standartları-
na uyğun ən müasir cihazlar,
aparatlar, avadanlıqlarla təchiz
olunduğuna görə bu ixtisaslar
üzrə xarici ölkələrdə müalicəyə
gedənlərin sayı kəskin surətdə
Dostları ilə paylaş: |