15
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2015, № 7 (72)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2015, № 7 (72)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2015, № 7 (72)
ETİBAR MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
KÖNÜL BAYRAMOVA
Azərbaycan Dövlət Aqrar Universiteti
UOT:576.121
XIRDABUYNUZLU HEYVANLARDA AVİTELLİNOZUN YAYILMASI
Açar sözlər: avitellina, xırdabuynuzlu heyvan, sestod, invaziya, koproloji müayinə
Key words: avitellina, small cattle, cestodes, invasion, coprologic researches
Ключевые слова:
авителлина, мелький рогатый скот, цестод, инвазия, копрологиче-
ские исследования
Naxçıvan MR-in müxtəlif ərazilərində qoyunlar arasında avitellinoz geniş yayılmış və
heyvandarlıq təsərrüfatlarına nəzərəçarpacaq dərəcədə zərər vurur (1). Helmintozun törədicisi
Avitellinidae ailəsinə aid edilən
Avitellina centripunctata (Rivota,1874) sestodudur. Helmintin əsas
sahibləri xırdabuynuzlu və iribuynuzlu heyvanlar, həmçinin vəhşi gövşəyənlər hesab edilir. Sahibin
nazik bağırsağında lokalizasiya edən sestod, çox sürətələ böyümə qabiliyyətinə malikdir. Dolaşmış
kəndiri xatırladan sestod, daha çox quzuların nazik bağırsağında keçməzlik yaradaraq, onların
tələfatına səbəb olur. Xəstəlik iti gedişli olmaqla, çox vaxt yoluxmuş heyvanlarda sinir pozğunluqları
da müşahidə edilir.
Avitellinalar biohelmint olduqlarından, onların inkişafında müxtəlif torpaq həşəratları aralıq
sahibi kimi iştirak edir. Müxtəlif ədəbiyyatlarda avitellinaların inkişafında torpaq onurğasızlarından
ayaqquyruqluların, otlaq gənələrinin və bəzi torpaq buğumayaqlılarının iştirakı haqqında məlumatlara
rast gəlinir (3,5).
Apardığımız tədqiqatlarda avitellinaların sürfə mərhələsinin inkişafında həşəratlar sinfinin
(İnsecta) ayaqquyruqlular (Collembola) dəstəsinə aid edilən bəzi növlərin (Drepanura, Willwosia,
Lepidocyrtus) iştirak etdiyi müəyyənləşdirmişdir (2).
Helmint, süd rəngli, lentşəkilli quruluşa
malik olmaqla, 3 hissədən - başcıq (skoleks), boyuncuq
və çoxsaylı buğumlardan (strobila) ibarətdir ki, bunlar ümumi uzunluğu əmələ gətirir. Helmintin
uzunluğu 1054 mm-ə qədər, eni isə 2,05 mm, skoleksdə olan 4 ədəd yaxşı inkişaf etmiş sormaçların
diametri 0,66-0,68 mm olur. Skoleksdən sonra kifayət qədər uzun olan boyuncuq başlayır ki, bu
tədricən strobilaya keçir (3). Boyuncuq hissədə buğumlar inkişaf edir və strobilada hermofrodit
buğumlara çevrilirlər. Son buğumlar heyvanların kalı vasitəsilə otlaq sahələrinə ixraç olunur. Burada
isə, buğumlardan azad olan külli miqdarda helmint yumurtası aralıq sahibləri, torpaq həşəratları
tərəfindən yeyilir. Aralıq sahibin orqanizmində yumurtadan çıxan sürfə müxtəlif inkişaf mərhələləri
keçirilərək, invazion-sistiserkoid mərhələsinə çatır.
Muxtar Respublikanın aran bölgəsindəki (Şərur, Sədərək və Kəngərli rayonları) fərdi və
fermer təsərrüfatlarında saxlanılan xırdabuynuzlu heyvanlarda avitellinozun yayılma dərəcəsini
müəyyən etmək üçün, 2014-cü ildə koproloji və helmintoskopik müayinələr aparıldı. Aprelin
sonlarından başlayaraq, noyabrın sonlarınadək qeyd edilən ərazilərdə otarılan heyvanların düz
bağırsağından kal nümunələri götürülməyə başladı. Aparılan müayinələrdə mayın sonlarında
götürülmüş nümunələrdə helmint yumurtaları və çox kiçik ölçülərə malik buğumların azad olduğu
müşahidə edildi. Kal kütləsinin üzərinə yapışmış kiçik ölçülü buğumlar, 10 dərəcə böyütmə imkanı
olan əl lupalarının köməyi ilə müəyyənləşdirildi.
Təsərrüfatlardan müxtəlif yaş qruplarına aid (3 aylıq-2 yaş aralığında) heyvanlardan götürülmüş
550 kal nümunəsi laboratoriyada Fülleborn üsulundan istifadə edilməklə koproloji müayinələrlə
17
Aparılmış tədqiqatlar nətiçəsində müəyyən edilmişdir ki, Naxçıvan MR-in aran
bölgələrində, Şərur, Sədərək, Kəngərli rayonlarında saxlanılan və yaylaqlara köçürülməyən
heyvanlarda avitellinalarla yoluxma kifayət qədər yüksəkdir.
Dostları ilə paylaş: